Qarabağ atları Londonda hamını heyrətləndirdi
Tarix: 16.05.2016 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


London yaxınlığındakı Vindzor qəsrinin ərazisində keçirilən Kral Vindzor At Şousunun final mərhələsində Azərbaycanın “Qarabağ” cinsindən olan 15 atdan ibarət komandası və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı Kraliça II Elizabeta qarşısında çıxış ediblər. Mayın 11-15-də keçirilən bu məftunedici şou Kraliçanın 90 illik yubileyinə həsr olunub. Azərbaycan nümayəndə heyəti adından Kraliça II Elizabetaya respublikanın Əməkdar Rəssamı Sakit Məmmədovun rəsm əsəri xatirə hədiyyəsi edilib.Azərbaycanın Kral Vindzor At Şousunda uğurla təmsil olunması Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) birgə təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi nəticəsində həyata keçirilib. Təşkilati işlərə musiqiçi və rəqqasların Londona səfərlərinin təşkili, atların çaparlarla birlikdə Vindzora çatdırılması, həmçinin, Azərbaycan mədəniyyəti pavilyonunun qurulması daxil idi. Atların Britaniyaya çatdırılması üçün düz 2 ay vaxt tələb olunub. Vindzorda Azərbaycanın milli folklorunu təcəssüm etdirən bir-birindən maraqlı rəqs nömrələri və musiqili tədbirlər keçirilib. Mədəniyyət pavilyonumuzu ziyarət edən yüzlərlə britaniyalı və xarici qonaqlar ölkəmizin zəngin mədəniyyəti haqqında müfəssəl məlumatlar əldə ediblər, ləziz mətbəximizdən dadaraq Azərbaycanın qonaqpəvərliyinin şahidi olublar.
Tamaşa ərzində auditoriyanı ovsunlayan Qarabağ atları Kraliça II Elizabetaya da yaxşı təəssürat bağışlayıb. Atlara xüsusi rəğbət bəsləyən əlahəzrət Kraliça atların gözəlliyini və çaparların mükəmməl bacarıqlarını yüksək qiymətləndirib.
Tədbirdə Avropa Azərbaycan Cəmiyyətinin qonağı kimi iştirak edən, Böyük Britaniya - Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədr müavini Lord Kilkluni bütün tamaşanı ümumi kontekstdə belə dəyərləndirib: “Mən bir neçə dəfə Azərbaycana səfər edib bu gözəl məmləkətin hər bir guşəsində olmuşam. Azərbaycan xalqının səmimi qonaqpərvərliyinin heyran qalmışam. Yeganə gedə bilmədiyim yer hazırda Ermənistanın işğalı altında olan Dağlıq Qarabağdır. Bu region haqlı olaraq Azərbaycan mədəniyyətinin beşiyi sayılır. Buna görə də, ilk dəfə Qarabağ atlarını görmək mənim üçün xüsusilə böyük məna daşıyır. Təəssüf ki, bu, Dağlıq Qarabağın özündə deyil, burada Böyük Britaniyada baş verdi. Ümid edirəm ki, bir gün, mən eyni çıxışı Dağlıq Qarabağın özündə görə biləcəyəm”.Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter tədbirin yekun nəticələrinə dair münasibət bildirərkən deyib ki, Vindzor Kral At Şousu Azərbaycan və Böyük Britaniya arasında olan münasibətləri gücləndirən daha bir əlamətdar hadisə kimi yadda qaldı. TEAS Qarabağ atlarının Vindzor At Şousunun iştirakı təşəbbüsünü irəli sürməklə müxtəlif mədəniyyətləri ortaq maraq dairəsində bir araya gətirmək bacarığını nümayiş etdirdi.Hazırda Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrindən erməni hərbi birləşmələrinin Azərbaycanın mülki əhalisinə qarşı təcavüz etdiyi bir vaxtda, dünyaya Azərbaycanın zəngin mədəni və tarixi irsini nümayiş etdirmək üçün çox yaxşı imkandır. Atlara qarşı sevgi hər zaman sivil cəmiyyətin əlaməti olub və biz Azərbaycanın gələcəkdə də bu cür tədbirlərdə iştirakına ümid edirik.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info