“Caspian Telecom“: “Bakcell“ illərdir yüksək səviyyədə müştəri xidmətlərini təmin edir
Tarix: 16.05.2016 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


"Bakcell" şirkəti öz korporativ müştərilərinə yüksək keyfiyyətli məhsul və xidmətlərini təqdim etməkdə davam edir.Mobil operatordan verilən məlumata görə, ölkədə ən geniş və dayanıqlı şəbəkəyə malik olan "Bakcell" hər bir müştərisini qarşılıqlı biznes tələbatlarına uyğun olaraq ən əlverişli təkliflə təmin etmək üçün tariflərinin çeşidini daim artırır.
"Biz "Bakcell" şirkəti ilə 2009-cu ildən əməkdaşlığa başlamışıq. Bu illər ərzində "Bakcell" şirkəti bizə qarşı münasibətdə yüksək standartlara cavab verən korporativ müştəri xidmətlərini təmin edib, fərdi yanaşma və çevik qiymət siyasətini həyata keçirib. Bu səbəbdən, bir korporativ müştəri olaraq, biz digər şirkətlərə də “Bakcell”in xidmətlərindən istifadə etməyi tövsiyə edirik. İnanırıq ki, telekommunikasiya sahəsində fəaliyyət göstərən bu iki aparıcı şirkət arasında əməkdaşlıq gələcəkdə yalnız korporativ müştəri-şirkət münasibəti çərçivəsində məhdudlaşmayacaq və birgə daha maraqlı, innovativ layihələrə imza atılacaq", - deyə "Caspian Telecom" MMC-nin sədr müavini Mahizər Tağıyeva bildirib.
"Caspian Telecom" kimi müştəri ilə əməkdaşlıq etmək bizim üçün olduqca xoşdur. Bizim korporativ müştərimiz olmaqla yanaşı, bu şirkətin innovativ layihələrin dəstəklənməsinə olan peşəkar münasibəti və istəyi bizə insanları onların həyatını daha da asanlaşdıran qabaqcıl texnologiya və nadir təkliflərlə təmin etmək üçün daha bir imkan yaradır. Bizim şirkətlərimiz eyni məqsədi bölüşürlər – müştərilərimizə onların xərclədiyi pulun müqabilində daha çox dəyər vermək. Biz hər bir korporativ müştərimizlə eyni təcrübəyə nail olmaq üçün əlimizdən gələni edəcəyik”, - deyə "Bakcell"in baş marketinq və satış direktoru Fedja Hadziç bildirib.
“Caspian Telecom” MMC uzun illərdir ki, özəl və dövlət qurumlarına, bank sektoruna fiber optik texnologiya bazasında ən müxtəlif İnformasiya və Kommunikasiya Texnologiyaları xidmətləri göstərir. “Caspian Telecom” MMC fiber-optik kabel üzərindən internet, fiber-optik və ayrılmış Ethernet xətləri, virtual özəl şəbəkələr (VPN), SWİFT, video müşahidə, korporativ İP telefoniya, şəbəkə təhlükəsizliyi, şəbəkə monitorinqi, 3G texnologiyaları ilə bank sistemlərinin qurulması xidmətlərini göstərməklə yanaşı, eyni zamanda “Ailə TV” kabel televiziyası və “Ailə NET” internet provayderi tərəfindən göstərilən xidmətlərə də sahibdir. Öz fəaliyyətində ən yüksək texnologiyalardan istifadə edən “Caspian Telekom” şirkəti mobil operator seçimində də öz prinsiplərinə sadiq qalaraq, ən son texnologiyalardan istifadə edən, üstün şəbəkə və geniş əhatə dairəsinə malik olan, keyfiyyətli xidmət və sərfəli qiymət təklif edən “Bakcell” şirkətinə üstünlük verib.
Mahizər Tağıyevanın "Bakcell" ilə əməkdaşlıq barədə danışdığı video müsahibəni bu keçiddən istifadə edərək izləyə bilərsiniz:https://goo.gl/K4W8ZT





 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info