“Metsamor AES-in ləğv edilməsi ən düzgün addım olacaq”
Tarix: 16.05.2016 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


“Mövcud durumu ilə Metsamor AES Ermənistan, Türkiyə, Gürcüstan və Azərbaycan üçün ən ciddi təhlükədir”.  
Bu sözləri APA-ya açıqlamasında Türkiyənin Avropa Birliyi üzrə tanınmış eksperti, İstanbuldakı Sabancı Universitetinin Avropa Birliyi Araşdırmaları Mərkəzinin direktoru, dosent Cengiz Aktar deyib.
C. Aktar bildirib ki, SSRİ dövründə inşa edilmiş Metsamor Atom Elektrik Stansiyasının bərpasına nə Rusiyanın, nə də Ermənistanın maddi gücü var: “Metsamor stansiyasında istifadə edilən texnologiya tamamilə tullantı vəziyyətinə düşdüyünə görə, onun indiki vəziyyəti Ermənistan, Türkiyə, Gürcüstan və Azərbaycana təhdiddən başqa bir şey deyil. Türkiyə ilə Ermənistan arasında münasibətlərin olmaması da Metsamor stansiyasını Türkiyəyə qarşı əlavə bir təhdid aləti halına gətirir. Söhbət Metsamor stansiyasının təmirindən və yenidən işə salınmasından gedərsə, burada Norveç və ya ABŞ texnologiyasından istifadə gündəmə gələ bilər ki, onlar da həddindən artıq baha olduğuna görə, nə Ermənistanın, nə də Rusiyanın almağa gücü çatar. Ona görə də, mövcud vəziyyətdə reallıqları nəzərə alaraq, Metsamor AES-in ləğv edilməsi ən düzgün addım olacaq”.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info