Avropada gənclər arasında işsizlik
Tarix: 04.03.2013 | Saat: 19:20:00 | E-mail | Çapa göndər


Böhran yaşayan Avropa ölkələrində gənclərin, demək olar ki, iş tapmaq şansları yoxdur. Böyük ehtimalla, gənc ağıllara evdə oturmaq lazım gələcək. Problemin mümkün qərarı gənclərin məşğulluğu və ya Almaniyaya gəlmələrinin Avropa Birliyində müzakirəyə çıxarılması ola bilər. Bu barədə Almaniyanın “Handelsblatt” qəzeti yazır:
“İtaliya gəncləri artıq illüziyalara inanmır: Bersani, Berluskoni, Qrilo, Monti onlar üçün heç bir əhəmiyyət daşımır. Avropanın böhran ölkələrində artıq böyük bir “itirilmiş nəsil” müzakirə mövzusudur. Avropa Statistika İdarəsinin məlumatlarına görə, Yunanıstan və İspaniyada hər ikinci gənc işsizdir (müvafiq olaraq 57,6% və 55,6%). İtaliyada isə bu göstərici 36, 6%, Almaniyada 8%-dir.
Beynəlxalq Əmək Təşkilatından iqtisadçı Ekkexard Ernst Avropadakı işsiz gənclər haqqında danışaraq deyib ki, bu gün həmin ölkələrdə işləməyən insanlar növbəti 5 il ərzində də çox çətinliklə daimi iş tapa bilərlər. Təşkilatın proqnozlarına görə, 2017-ci ildə işsiz gənclərin sayı İspaniyada 50%-dən, İtaliya və Yunanıstanda isə 30%-dən çox təşkil edəcək.
Ernst, həmçinin deyib ki, karyeralarının başlanğıcında iş tapa bilməyən gənclər peşəkarlıq baxımından geri qala bilərlər: “Karyera şansları aşağı düşür, maaşları az olur, əmək şərtləri isə ağırdır”.
Alman İqtisadiyyatı İnstitutundan ekspert Holqer Şeffer isə öz proqnozlarında pessimist deyil: “ “İtirilmiş nəsil” bənzətməsi mənim xoşuma gəlmir, çünki heç də hər şey itirilməyib. Əlbəttə, gənc nəsli bir neçə ağır iqtisadi illər gözləyir, ancaq böhran ölkələri bunun öhdəsindən gələ bilər və artıq buna bir neçə nümunə də var”.
Ümumiyyətlə isə, Avropada gənclər arasında işsizlik psixoloji atmosferə də mənfi təsirini göstərir. Belə ki, təhsil, treninqlər, xüsusi məşğələlər və nəhayət bunun nəticəsində işsizlik gənclərdə “həyat heç bir vəchlə başlamır” fikrini yaradır.
Bütün bunlar ötən həftə Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland, Avropa Birliyinin Məsləhət Şurasının prezidenti Herman Van Rompuy tərəfindən müzakirə olunub. Lakin işsiz gənclərin taleyi barədə “artım”, “yeni təşəbbüslər”, “ümumavropa proqramları” sözlərindən başqa konkret bir şey söylənməyib.

“İşsizlik və bunun nəticəsində insanların əmək bazarından üz döndərməsi sosial təcrid olunmaya gətirib çıxarır. Bu isə, 15 yaşdan 24 yaşadək gənclərin 13%-ni təşkil edir. Bu, insanlıq faciəsi və təhlükəli sosial vəziyyətdir”, -deyə Rompuy bildirib. Lüksemburqun baş naziri Jan-Klod Yunker xəbərdarlıq edir ki, işsizliyin kütləvi hal alması və riskləri sosial dünya üçün müqayisəolunmazdır.

“Müvəqqəti iş yerləri açılmalı və ixtisasın artırılması təşkil olunmalıdır ki, gənclər təhsil müddətində qazandıqları bacarıq və vərdişləri itirməsinlər. Evdə oturmaqdansa, müvəqqəti iş tapmaq daha yaxşıdır. Ən böyük problem o zaman yaranır ki gənclər əl-qolunu sallayıb iş həyatından uzaq düşür. Bundan başqa, əmək bazarında və təhsil sistemində struktur baxımından islahatlar aparılmalıdır. İspaniyada gənclər işəgötürənlərin istəyinə uyğun olmayan səviyyədə biliklə məktəbi bitirirlər”, - deyə Ernst bildirib.
“Gənclər arasında işsizliyin artması konyuktur xarakterli problemə çevrilib. Buna görə problemin həlli üçün iqtisadi artımın azalmasının qarşısı alınmalıdır, buna isə vaxt lazımdır”, - deyə Şefer qeyd edib.”,
Bundan əlavə, Avropa Birliyi gənclərin mobilliyini də inkişaf etdirməyə çalışır”.

Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
İsrail və HƏMAS atəşkəsə dair razılığa gəliblər
26.03.2019
Çin Fransadan 300 “Airbus” təyyarəsi alacaq
25.03.2019
Mozambikdə ölənlərin sayı artır
25.03.2019
Myanmada partlayış, 16 nәfәr hәlak olub
25.03.2019
Türkiyə və Rusiya vətəndaşları şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə biləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info