İran və Azərbaycan turizm sahəsində fəaliyyət planı imzalayacaq
Tarix: 16.05.2016 | Saat: 19:47:00 | E-mail | Çapa göndər


Tezliklə İran və Azərbaycan arasında turizm sahəsində fəaliyyət planı imzalanacaq. Bunu APA-nın İran bürosuna açıqlamasında İranın mədəni irs, turizm və əl işləri təşkilatının sədr müavini Murtaza Rəhmani Müvəhhid deyib.
O deyib ki, sənəd Azərbaycan və İran arasında turizm sahəsində əməkdaşlığın inkişafını sürətləndirəcək. "Sənəd tezliklə imzalanacaq. İki ölkə arasında siyasi əlaqələrin yaxşı səviyyədə olmasını nəzərə alaraq turizm sahəsində də əməkdaşlıqda yaxşı nailiyyətlər əldə olunacaq. Azərbaycan və İran arasında böyük mədəni, tarixi və dini bağlılıqlar var. Hər iki ölkənin hökuməti turizm sahəsində əlaqələrin inkişafında maraqlıdır. Bizim üçün turizm sahəsində əlaqələri daha da inkişaf etdirmək önəmlidir", - deyə o qeyd edib. 
Sədr müavini bildirib ki, Azərbaycan vətəndaşları daha çox sərhədyanı bölgələrə və Məşhəd şəhərinə səfər edir. 
"İran üçün önəmli olan məsələlərdən biri azərbaycanlı turistlər üçün tibbi və dini turizmi təşkil etməkdir", - deyə o qeyd edib. 




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib
18.09.2018
Bu il Azərbaycana payız sentyabrın 23-də qədəm qoyacaq
17.09.2018
Bu ildən Aqrar Universiteti fərqlənmə diplomu ilə bitirən tələbələr işlə təmin olunacaqlar
17.09.2018
Murad Həsənli: “Bir qrup gənclə qan verməyi planlaşdırmışıq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info