Avstriya səfiri Naxçıvan Dövlət Universitetində
Tarix: 16.05.2016 | Saat: 21:20:00 | E-mail | Çapa göndər


Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aksel Vex Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olmuşdur. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov muxtar respubikada ali təhsilin inkişafına göstərilən hərtərəfli dövlət qayğısından bəhs etmiş, universitetin strukturu, bakalavr, magistratura və doktorantura üzrə kadr hazırlığının səviyyəsi haqqında ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, universitet çoxşaxəli beynəlxalq əməkdaşlığa malik olmaqla yanaşı Tempus proqramı çərçivəsində həyata keçirilən 5 layihənin iştirakçısıdır. Tələbə mobilliyinin inkişaf etdirilməsi sayəsində tələbələrimiz Avropanın müxtəlif ali məktəblərində öz ali təhsillərini davam etdirirlər. Avstriyalı diplomat universitetin İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzində müasir elektron təhsil şəbəkəsinin idarə olunması, universitetin bütün binalarının şəbəkə fiber optik kabellə birləşdirilməsi, kamera-nəzarət sistemi, 108 hektarlıq kampusda “Wi-Fi” simsiz internet şəbəkəsinin mövcud olması ilə tanış olmuşdur. Media mərkəzində yaradılan rəqəmsal multimedia infrastrukturu, Universitet Televiziyasında videodərslərn xüsusi proqram vasitəsilə “HD” formatda çəkilib yaddaşa yazılması, universitetin internet portalındakı elektron mühazirə bölməsində yerləşdirilməsi prosesi də xüsusi maraq doğurmuşdur. Universitetin Elmi kitabxanasının elektron kataloq-kartoteka sistemi, Kitabişləmə şöbsəi və elektron kataloq köşkü və İnternet mərkəzi səfir Aksel Vexdə dünya standartlarına cavab verəcək müasir tipli kitabxana təəssüratı yaratmışdır. Görüş zamanı iki ölkə arasında elm, təhsil sahəsində əməkdaşlığın, xüsusilə də virtual əlaqələrin inkişafı ilə bağlı təkliflər müzakirə olunmuş, müştərək videokonfransların keçirilməsi, müəllim-tələbə mübadiləsi kimi məsələlər planlaşdırılmışdır.

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info