Qərb Liviyanın dirçəlməsini istəmir
Tarix: 16.05.2016 | Saat: 21:26:00 | E-mail | Çapa göndər


Ölkədə bir-birini didən siyasi qüvvələrin hərc-mərcliyi və ixtilaflarına, “İŞİD” bəlası da əlavə olunub


Liviya lideri Qəddafi devriləndən və bu ölkə “demokratikləşmə” adı ilə xarabazara çevriləndən bu yana, Liviya xalqı və ölkəsi dəhşətli təhlükələr, itkilər və talanlarla üz-üzədir. Bu ölkənin yerüstü və yeraltı sərvətləri, hər cür bəhanələrlə, ölkədə müxtəlif siyasi oyunlar və “labirintlər”, bir-birinə əks qüvvələr formalaşdırılmaqla, qarət edilməkdədir. Bir sözlə, bununla bağlı Qərb ölkələrinin hər gün dəyişən, uğursuzluğa düçar olan demokratikləşmə “planları” barədə çox danışmaq olar.
Bu dəfə isə Liviya Vyana görüşü ilə gündəmə gəlib. Belə ki, Avropa və Yaxın Şərqin aparıcı xarici işlər nazirləri Vyanada ABŞ və İtaliyanın həmsədrliyi ilə təşkil edilmiş, “Liviyaya siyasi ixtilaflar, neft resursları və “İŞİD-lə bağlı çətinliklərə görə yardım etmək” üçün olan tədbirdə bir araya gəliblər. Burada italyanların başçılığı ilə minlərlə hərbçinin Liviya ərazisinə göndərilib-göndərilməməsi də müzakirə mövzularındandır. Amma Qərb hələ də Tripolidəki hökumətin siyasi hakimiyyətinin güclü olmamasından və “İŞİD”in yenilməsi, qaçqınların İtaliyaya qeyri-qanuni şəkildə sahil əraziləri ilə axın etməsinin qarısını ala biləcək vahid Liviya ordusunun bacarıqlı olmamasından narazıdır. Bu barədə yazan “The Guardian” bildirir ki, ABŞ, Britaniya, Fransadan və İtaliyadan olan xüsusi qüvvələr hazırda Liviyanın müxtəlıif yerlərində əməliyyatlar keçirirlər. Onların bəzən, BMT bazalı Fayez al-Sarracın ətrafında Liviya siyasi güclərinin formalaşmasına mane olduqları da bildirilir: “Sarrac öz hakimiyyətini Tripolidə gücləndirməyə çalışır. Martın sonundan onun siyasi müttəfiqləri Mərkəzi Bank və Milli Neft Korporasiyası kimi əsas institutları ələ keçiriblər. Amma o, hələ də şərqdə rəqib administrasiya və hərbi güclə üz-üzə qalıb. İxtilaf tərəfləri arasındakı mübahisələr də ara vermir. Məsələn, bir tərəfdə duran bankirlər digər tərəfi banka girişdən məhrum edirlər. Həmçinin ölkədə müxtəlif qruplar ayrı-ayrılıqda neft ixrac etməyə çalışırlar”.
ABŞ və İtaliyanın nəzarəti altında keçirilən Vyana görüşü isə Tripoli administrasiyasının Qərb tərəfdaşlarına öz qüvvələri üçün kəşfiyyat işləri, təlim və digər məsələlərdə yardım üçün müraciət məqsədi daşıyır. Bu o deməkdir ki, yuxarıda adları çəkilən Qərb ölkələri Liviyadakı çoxhakimiyyətlilik şəraitində, müəyyən tərəfi təşkil edən hakimiyyətə yardım üçün ölkədə öz fəaliyyətlərini gücləndirəcəklər. Vyanadakı tədbirin ABŞ dövlət katibi Con Kerri və İtaliyanın xarici işlər naziri Paolo Gentiloni tərəfindən keçirilməsi də bu ölkəyə nəzarətdə “kimin payının çox olacağına” bir işarədir.

Qəddafi yıxılandan indiyə qədərki müddətdə, bu ölkədə hər şeyin talan, qırğın və itki üzərində köklənməsi, bu baxımdan Liviya xalqının qismətinin yalnız qan və fəlakətlər olması isə onu deməyə əsas verir ki, Liviyadakı “demokratikləşmə”nin xəmiri hələ çox su aparacaq”. Belə görünür ki, Liviyanı parçalayıb, bir dövlət kimi məhv edən dünya gücləri, onun elə bu cür - indiki bərbad halda qalmasında maraqlıdırlar…

Bir-birilərilə ixtilafda olan şərqdəki və qərbdəki Liviya hərbi güclərinin güclərini birləşdirməsi və Sirtdə qərarlaşmış “İŞİD”i aradan götürməsi məsələsi də tez-tez qabardılır. Bu da Vyana görüşünün mövzularındandır. Amma burada hər iki tərəfdən qorxu var ki, güclərini birləşdirmək əvəzinə, bir-birilərinə qarşı silah işlətməli olacaqlar…
Vyana görüşündən də belə görünür ki, indi Liviyanın bir-birini didən siyasi gücləri üçün daha bir “xoxan” – “İŞİD” qabardılır. Ön Asiyadan geri çəkilməkdə olan “İŞİD”in Liviyada mövqelərini gücləndirməsi və Sirtdə bazalanması, Liviya xalqı və ölkəsi üçün əlavə təhdidlər, bəlalar və qırğınlar, eləcə də qarətlər deməkdir. Qəddafi yıxılandan indiyə qədərki müddətdə, bu ölkədə hər şeyin talan, qırğın və itki üzərində köklənməsi, bu baxımdan Liviya xalqının qismətinin yalnız qan və fəlakətlər olması isə onu deməyə əsas verir ki, Liviyadakı “demokratikləşmə”nin xəmiri hələ çox su aparacaq”. Belə görünür ki, Liviyanı parçalayıb, bir dövlət kimi məhv edən dünya gücləri, onun elə bu cür - indiki bərbad halda qalmasında maraqlıdırlar…
Rasim Babalı





 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info