Naxçıvanda kikboksinq turniri başa çatıb
Tarix: 16.05.2016 | Saat: 21:31:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasının Şərur Rayon Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş kikboksinq üzrə “Azərbaycan kəməri” uğrunda peşəkarlar arasında turnir başa çatıb.AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İdman və Gənclər Nazirliyinin, Azərbaycan Kikboksinq və Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti federasiyalarının birgə təşkilatçılığı ilə keçirilən turnirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olublar.Şərur Rayon Olimpiya İdman Kompleksində keçirilən turnirin açılış mərasimində çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev bildirib ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nəticədə Azərbaycan artıq regionda və dünyada idman ölkəsi kimi şöhrət qazanıb. Ölkəmiz müxtəlif idman növləri üzə beynəlxalq səviyyəli yarışların keçirildiyi məkana çevrilib. Bu, Azərbaycanın idman ölkəsi kimi tanınmasından və dünyada böyük nüfuz qazanmasından xəbər verir.
“Sürətlə inkişaf edən, gündən-günə daha da gözəlləşən Naxçıvan Muxtar Respublikasında da idman sahəsinə xüsusi qayğı və diqqət göstərilir. Muxtar respublikadakı müasir idman infrastrukturu burada nüfuzlu idman tədbirlərinin keçirilməsinə şərait yaradır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş kikboksinq üzrə “Azərbaycan kəməri” uğrunda peşəkarlar arasında turnirin Şərur Rayon Olimpiya İdman Kompleksində keçirilməsi də muxtar respublikanın idman məkanı kimi böyük şöhrət qazanması ilə əlaqədardır”, - deyən Adil Əliyev diqqətə çatdırıb ki, Naxçıvan bu gün həm də idmanın inkişafı baxımından Azərbaycanın digər bölgələrinə nümunədir.Azərbaycan Kikboksinq Federasiyasının prezidenti turnir iştirakçılarına uğurlar arzulayıb.
Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında idmanın daim böyük diqqət və qayğı ilə əhatə olunduğunu bildirən muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov qeyd edib ki, yaradılan şərait nəticəsində bu gün Naxçıvan beynəlxalq idman yarışlarına ev sahibliyi edir. Bütün bunlar idmançıların təcrübə qazanması və peşəkar idmançı kimi formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Digər tərəfdən, yaradılan şərait gənclərin asudə vaxtının səmərəli təşkilinə və onların idmana marağının artmasına səbəb olub. Bu gün gənc idmançılara qayğı göstərilir, onların adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na salınır.“Muxtar respublikada idmanın maddi-texniki və təşkilati-hüquqi bazası xeyli möhkəmləndirilib. Yaradılan şəraitin nəticəsidir ki, hazırda muxtar respublikada 39 min nəfərə yaxın yeniyetmə və gənc bədən tərbiyəsi və idmanla məşğul olur. Muxtar respublika idmançıları təkcə 2015-ci il ərzində Azərbaycan üzrə birinciliklərdə 30, dünya birinciliyində 8, beynəlxalq turnirlərdə 12 medal qazanıblar”, - deyən Azad Cabbarov bildirib ki, ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətinin tərkib hissəsi kimi bu gün Naxçıvan Muxtar Respublikasında yeni idmançılar nəsli yetişib, idman ustaları formalaşıb. Naxçıvanlı idmançılar ölkə və dünya əhəmiyyətli yarışlarda yüksək səviyyədə təmsil olunur və uğurlara imza atırlar.
Muxtar respublikasının gənclər və idman naziri deyib ki, müasir idman infrastrukturunun formalaşdırılması qədim diyarda çoxsaylı beynəlxalq yarışların keçirilməsinə şərait yaradıb. Hazırda muxtar respublikada 2 Olimpiya-İdman Kompleksi, 2 Üzgüçülük Mərkəzi, 1 Şahmat Mərkəzi, 6 Uşaq-Gənclər Şahmat Məktəbi, 9 Uşaq-Gənclər İdman Məktəbi, Stend və Sportinq Atıcılıq Mərkəzi, eləcə də stadionlar, idman zalları və sadə idman qurğuları, 12 idman federasiyası fəaliyyət göstərir.Azad Cabbarov bildirib ki, muxtar respublika idmançıları bu ilin birinci rübündə bütün idman növləri kimi, kikboksinq üzrə də bir sıra nailiyyətlər əldə ediblər. Belə ki, Naxçıvan Muxtar Respublikasının Şərq Döyüşü Sənəti Federasiyasının yetirmələri kikboksinq idman növü üzrə Azərbaycan çempionatlarında 9, Avropa çempionatında isə 1 medal qazanıblar.Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri yarış iştirakçılarına uğurlar diləyib, gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıb.Kikboksinq idman növünün inkişafında göstərdikləri xidmətlərə görə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarova, Azərbaycan Kikboksinq Federasiyasının üzvləri Elnur Alıyev və Xəyyam Abışova fəxri diplomlar verilib.Sonra kikboksinq üzrə “Azərbaycan kəməri” uğrunda peşəkarlar arasında turnir start götürüb. Rinqə çıxan 14 idmançı 7 çəki dərəcəsində WAKO versiyasında mübarizə aparıb. Onların arasında ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edən idmançılar da yer alırdı.Turnirdə “Quba”, “Qızıl əlcək” idman klublarının və Azərbaycan Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin yetirmələri Rəvan Şəbiyev (57 kq), Ruslan Musayev (63,5 kq), Ruslan Əliyev (63,5 kq), Rəhim Əliyev (71 kq) Elnur Həmidov (81 kq) rəqiblərini məğlub edərək reytinq döyüşlərinin qalibi olublar.“Azərbaycan kəməri” uğrunda gərgin keçən döyüşlər isə “Ağsu” İdman Klubunun yetirməsi Elşad Ələsgərovun (54 kq) və Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin üzvü Emil Mövsümovun (75 kq) qələbəsi ilə başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazanıb
17.11.2018
Azərbaycanın paracüdoçusu dünya çempionu olub
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info