“İqtisadiyyatımızın inkişafı TANAP və TAP-dan asılıdır“
Tarix: 16.05.2016 | Saat: 21:31:00 | E-mail | Çapa göndər


"Azərbaycanla Gürcüstan düz 20 il bundan əvvəl Bakı-Supsa kəmərinin təməlini qoymaqla tərəfdaşlığa başlayıb. Tərəfdaşlığımız hər il daha da güclənir. Bu, həm də bizim strateji tərəfdaşlığımızın başlanğıcı idi". 
Bunu APA-nın Gürcüstan bürosunun açıqlamasında Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili bildirib.
"Hazırda biz TANAP layihəsini reallaşdırırıq. Hesab edirəm ki, yaratdığımız tərəfdaşlıq əsrlərlə davam edəcək. Bizim ölkələrin iqtisadi inkişafı bu layihələrə yatırılan investisiyalara əsaslanıb. İnanıram ki, gələcəkdə də əməkdaşlığımız bu cür əhəmiyyətli olacaq. Bununla yanaşı, sabah Yunanıstanda TAP layihəsinin təməli qoyulacaq. Bütün bunlar ölkələrimizin stabilliyini qoruyacaq və iqtisadiyyatın inkişafına böyük təkan verəcək. Gələcəyimiz və iqtisadiyyatımızın inkişafı bu layihələrdən asılıdır", - deyə nazir müavini qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub
18.03.2019
Ermənistan Rusiya ilə razılıq əldə edə bilmədi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info