“Naxçıvan BMT modeli” konfransı
Tarix: 16.05.2016 | Saat: 21:36:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində “Naxçıvan BMT modeli” konfransı keçirilib. Konfrans Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması haqqında” adlı birgə layihəsi çərçivəsində reallaşdırılıb. Layihənin əsas məqsədi ölkədə BMT Modeli hərəkatının institutlaşdırılması, ali təhsil müəssisələrində MUN klublarının təsis edilməsi və onları birləşdirəcək MUN şəbəkəsinin yaradılmasıdır. Konfransın açılış mərasimində Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək gənclərin yüksək səviyyədə təhsil alması, intellektual səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün formalaşması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə muxtar respublikada görülən əhəmiyyətli işlərdən danışıb. Çıxışda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanının istedadlı gəncliyin üzə çıxarılması, onların dövlət qayğısı sayəsində inkişaf etdirilməsindəki rolundan, intellektual potensialın formalaşması üçün muxtar respublikada yaradılan unikal şəraitdən bəhs olunub. Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkəmizdə gənclər siyasəti sahəsində əldə olunan mühüm nailiyyətlərə nəzər salıb. Qeyd olunub ki, keçirilən konfrans gənclərin qlobal müzakirələrdə iştirakı, öz fikirlərini çatdırmaq və mövqeyini əsaslandırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Bu da hazırkı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və ölkəmizin mövqeyinin düzgün təbliğində böyük rol oynayır.
“Naxçıvan” Universitetinin rektoru, professor İsmayıl Əliyev təmsil etdiyi ali məktəbin şaxələnən beynəlxalq əlaqələrindən, tələbələrin bu işdə fəal iştirakından danışıb. Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxışında vurğulayıb ki, universitet 80-dən çox dünya universiteti ilə beynəlxalq əməkdaşlığa malik olmaqla yanaşı Tempus proqramı çərçivəsində həyata keçirilən 5 layihənin iştirakçısıdır. Tələbə mobilliyinin inkişaf etdirilməsi sayəsində tələbələrimiz Türkiyə, Rusiya, İspaniya, Polşa və Avropanın digər ali məktəblərində öz ali təhsillərini davam etdirirlər. BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai çıxış edərək bildirib ki, bu konfrans paytaxt Bakıdan sonra regionlarda təşkil olunan ilk BMT konfransıdır. Konfransın keçirilməsində əsas məqsəd gənclərə səlahiyyətlərin verilməsi, onların diplomatik qabiliyyətlərinin inkişaf etdirilməsidir. Bu, gənclərə təkcə diplomatik qabiliyyətlər yox, həm də onlara iş zamanı müsahibə vermək, davranış qabiliyyətlərini öyrədir ki, bu da onların gələcək fəaliyyətlərində mühüm rol oynayacaqdır. Bu cur layihələrin Naxçıvanda mütəmadi keçirilməsi nəzərdə tutlur.
Açılış mərasiminin sonunda Bakı şəhərində keçirilən konfransdan bəhs edən videoçarx nümayiş etdirilib.
Konfransda BMT Baş Assambleyasının işi “Təhsildə yeni imkanların yaradılması üçün beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda simulyasiya edilib. Azərbaycanın müxtəlif ali məktəblərinin, o cümlədən Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin tələbələri konfransda iştirak ediblər. Tələbələr BMT-nın üzvü olan müxtəlif dövlətlərin təmsilçisi qismində çıxış edərək həmin ölkənin təhsillə bağlı mövqeyini ortaya qoyublar, digər ölkələrin təmsilçiləri ilə fikir mübadiləsi, müzakirələr aparıblar. Təhsil strtategiyası və siyasi maraqları üst-üstə düşən ölkələr koalisiya halında birləşiblər. Müxtəlif koalisiyaların təklifləri gözdən keçirilib, sonda tələbələr tərəfindən hazırlanan, BMT-nin Baş Assambleyasına təqdim oluna biləcək sənəd, ümumi qətnamə qəbul olunub. Konfransın yekun tədbirində çıxış edən simulyasiyanın sədri Azər Abasəliyev vurğulayıb ki, Naxçıvanda keçirilən bu ilk konfrans ilə ölkə miqyasında ən böyük BMT Modeli konfransı olan Milli MUN konfransı ənənəsi qoyuldu. Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Röya Səfərova konfransın tələbələrə diplomatiya və beynəlxalq münasibətlər sahəsində yeni bilik və bacarıq aşılamaq, ingilis dili biliklərini, siyasi təfəkkürlərini inkişaf etdirmək baxımından əhəmiyyət kəsb etdiyini bildirib. Sonra konfransın fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib, konfrans iştirakçılarına sertifikatlar verilib. Sonda konfransın ən fəal iştirakçıları “Ən yaxşı mövqe sənədi”, “Ən yaxşı debatçı”, “Ən yaxşı debyutant” və “Ən yaxşı nümayəndə” nominasiyalarının qalibləri elan olunub, onlara xüsusi sertifikatlar təqdm olunub.

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info