İordaniya səfiri Bilik Fondunda olub
Tarix: 16.05.2016 | Saat: 22:21:00 | E-mail | Çapa göndər


İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nassar İbrahim Məhəmməd əl-Habaşneh Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub.Fondun İnformasiya təminatı sektorundan verilən məlumata görə, qonağı salamlayan icraçı direktor Oktay Səmədov Fondun strukturu, fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. Azərbaycanla İordaniya arasında 1993-cü ildən başlayan diplomatik əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini deyən O.Səmədov ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil və digər sahələrdə uğurlu əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb.İcraçı direktor "Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında əməkdaşlığa dair Çərçivə Sazişi"nin olduğunu xatırladaraq, maarifləndirmə sahəsində Bilik Fondu ilə səfirlik arasında ikitərəfli Fəaliyyət Planının imzalanmasının işbirliyinə töhfə verə biləcəyini deyib.Səmimi dəvətə görə təşəkkürünü bildirən səfir Nassar İbrahim Məhəmməd əl-Habaşneh ölkəmizdə elmə, biliyə verilən önəmi yüksək dəyərləndirib, ölkəmizdə hökm sürən multikultural mühitdən və tolerantlıq ənənələrindən məmnum qaldığını dilə gətirib. Azərbaycanın unikal multikultural təcrübəsinin bütün dünyada örnək ola biləcəyini deyən cənab səfir Fondun həyata keçirdiyi "Qardaşlaşmış məktəblər" layihəsinə İordaniya məktəblilərinin də cəlb olunmasını, mədəni və elmi əlaqələrimizin inkişafı istiqamətində birgə layihələrin həyata keçirilməsini arzuladığını dilə gətirib.Gələcək görüşlərdə Fəaliyyət Planının detallarının müzakirə olunacağı qərara alınıb. Sonda səfir Bilik Fondunun xatirə kitabına öz ürək sözlərini yazıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
“Danışır Xocalı” sənədli filminə ictimai baxış keçirilib
25.06.2019
“Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib
25.06.2019
Şirməmməd Ağaməmməd oğlu Hüseynov
25.06.2019
Gənclər üçün festivalın növbəti ünvanı Quba şəhəri olub
25.06.2019
Türkiyənin ölkəmizdə yeni təyin olunmuş hərbi attaşesi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində görüş olub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info