Hazır qidalar xəstəlik mənbəyidir
Tarix: 04.03.2013 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


Mütəxəssislər hazır qidaların insan orqanizminə zərərli olmasından narahatdırlar. Belə ki, İstanbul Universitetinin onkologiya üzrə müəllimi Dr. Yavuz Dizdar hazır qidaların xərçəngdən tutmuş tiroit xəstəliklərinə qədər ciddi problemlərə yol açdığını bidirib.
Dizdar, “Anadolu” agentliyinə hazır qidaların ömrünün uzadılması üçün edilən müdaxilələrin onların qidalandırıcı xüsusiyyətlərini ortadan qaldırdığını deyib.
O, hazır qidaların normal şəkildə xarab olmamasının açıq göstərici olduğuna diqqəti çəkib: “Yoqurtun istehlak müddətinin bitməsinə baxmayaraq, turşumaması, sosiskanın 2 ay boyunca xarab olmadan və iylənmədən qala bilməsi bunun dəlilidir. Qidalara həddindən artıq təzyiq tətbiq edərək, ya da içinə bakteriyaya qarşı nitrat kimi maddələr qoyaraq ömürlərinin uzadılması, ciddi sağlamlıq problemlərinə gətirib çıxarır”.
Onun fikrincə, bir məhsul normalda 2 günə xarab olacaqsa, bunun saxlandığı yerin havasına ciddi fikir vermək lazımdır. Ancaq məhsulun ömrü uzadılsa, həftəlik periodik möhkəmlətmələrlə paylama xərclərini salırlar. Günü keçmiş məhsullar belə, zamanında yığışdırılmır. Gündəlik deyə satılan südlər də yoxlamadan keçirilərək qaymağı alınıb homojenize edilir. Bu əməliyyat südün tərkibini dəyişir. Hazır qidalar xəstəliklərə səbəb olur. Bütün dünyada satılan hazır qidalar xərçənglə bərabər, revmatizmdən tiroit xəstəliklərinə qədər bütün ümumi xəstəliklərin artmasına gətirib çıxarır”.
Uzun ömrü olan hər qidaya çox diqqət yetirilməsinin vacib olduğunu dilə gətirən Dizdar, keksdən yoqurta qədər bütün hazır qidalardan uzaq durulmasının lazım olduğunu bildirib.
FUAD




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Ordubadlı nümunəvi ailə təsərrüfatlarının iş təcrübələri muxtar respublikada yayılır
25.05.2019
Beyləqandakı əmək yarmarkasında 54 nəfər işə göndəriş alıb
24.05.2019
Tikinti mühəndisi vəzifəsinə işçi axtarılır
24.05.2019
“Gilan Holding“ işçi axtarır
24.05.2019
Bank mütəxəssis axtarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info