“Gürcülər hər şeyi əmək sərf etmədən əldə etmək istəyir”
Tarix: 17.05.2016 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Bütün Gürcüstanın katolikosu-patriarx II İliya “Müqəddəs Üçlük” kilsəsində keçirdiyi moizələrinin birində gürcülərin son zamanlar əqli intellektlə yanaşı, fiziki əməkdən də uzaqlaşaraq hər şeyi heç bir əmək sərf etmədən əldə etməyə çalışdıqlarını bildirib.
“Qruziya Online” saytında yer alan patriarxın fikirlərinə görə, bu, doğru yol deyil: “Hər bir insan həyatda öz yerini tapmağa çalışmalıdır. Biz son zamanlar bəzilərindən “mənim heç bir işim, heç bir məsuliyyətim yoxdur” səpkili sözləri eşitməyə artıq adət etmişik. Əslində isə bu sözləri səsləndirənlər həyatda iş görməyə adət etməmiş şəxslərdir. Hər bir insan nə edəcəyi barədə əvvəlcədən düşünməlidir. Gürcülər artıq iş vərdişlərinin itirmək istiqamətində gedirlər. Bəziləri həm intellektual, həm əqli, həm də fiziki əməyə səy etmədən hər şeyə nail olmağa çalışır. Təbii ki, bu, doğru yol deyil”. Patriarxın sözlərinə görə, müqəddəslər həmişə necə yaşamaq barədə düşünüblər: “Müqayisə üçün, bildirim ki, müqəddəslərin əksəriyyəti necə yaşamaq barədə düşünmək üçün səhralara üz tutublar. Yəqin səhrada düşünmək daha asandır. Bir vaxtlar Rəbbinə nə etmək barədə sual edən Böyük Antona dua etmək və işləmək tövsiyə edilib. Müqəddəslər belə də buyurur: işləyib dua etmə, dua et və işləməyə başla. Bu gün bizim dua edib işə başlamağımız əsas məqsədimiz olmalıdır. Belə olan halda, bu, bütün insanlara da bəxtiyarlıq gətirir”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info