“Zirə” avrokuboklardan, “Xəzər Lənkəran“ çempionatdan kənarda qaldı
Tarix: 17.05.2016 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Dünən AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. Yığıncaqda 2016/17 mövsümündə UEFA-nın klub turnirləri və Azərbaycan Premyer Liqası yarışlarında iştirak üçün müraciət etmiş klubların sənədlərinə baxılıb. AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydalara əsaslanaraq, avrokuboklarda iştirak üçün müraciət edən 7 klubdan 6-na müsbət cavab verib.
Bunlar AZAL, "Kəpəz", "İnter", "Qarabağ", "Qəbələ" və "Neftci"dir. Premyer Liqanın debütantı “Zirə” isə avrokuboklara buraxılması üçün zəruri olan lisenziyanı ala bilməyib. Lakin qəsəbə təmsilçisi, həmçinin “Sumqayıt” Premyer Liqada mübarizə aparmaq hüququ qazanıb. Hazırda ölkə çempionatının yüksək liqasında çıxış edən digər iki klub - “Xəzər Lənkəran” və “Rəvan”a isə lisenziya verilməyib. Buna əsasən onlar gələn mövsüm Premyer Liqada oynamaq hüququndan məhrum olub. Lakin həm onlara, həm də I diviziondan yüksək dəstəyə çıxmaq istəyən klublara güzəşt edilərək əlavə vaxt verilib. Belə ki, Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya almaq üçün müraciət etmiş digər klublar lisenziyalaşdırma üzrə sənədlərini tam şəkildə təqdim etməyib. Bunu nəzərə alan komissiya çatışmazlıqları aradan qaldırmaq üçün əlavə 14 gün vaxt verib. Sənədlərin AFFA-nın Lisenziyalaşdırma qrupuna təqdim edilməsi üçün son tarix mayın 30-du. Bu tarix bitdikdən sonra AFFA-nın Lisenziya Komissiyasının növbəti iclası keçiriləcək və klublar tərəfindən təqdim olunmuş sənədlərə əsaslanaraq müvafiq qərarlar qəbul ediləcək. Çatışmazlıqlar vaxtında aradan qaldırılmazsa və növbəti mövsüm Premyer Liqada çıxış etmək üçün lisenziya almış klubların sayında yetərsay olmayacaq. Cəmi 8 klubla çempionatın keçirilməsi variantı yaranacağı halda, AFFA-nın Lisenziyalaşdırma Qrupu hesabat hazırlayaraq İcraiyyə Komitəsinə təqdim edəcək. Bu halda, növbəti mövsümdə Premyer Liqa yarışlarının iştirakçıları ilə bağlı son qərarı da AFFA-nın İcraiyyə Komitəsi verəcək.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info