Dünya azərbaycanlıları “Stop Metsamor!” deyir
Tarix: 17.05.2016 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


Ermənistanın təxribatlarına “dur” deməyin vaxtı çoxdan keçib. Və bu etiraz təkcə Azərbaycan səviyyəsində deyil, dünya səviyyəsində olmalıdır. Çünki Ermənistan nəinki Azərbaycan, dünya üçün təhlükəli olan təxribatlarla məşğuldur. Hazırda Ermənistandakı Metsamor AES-in 2-ci enerji bloku texniki baxımdan təhlükəli vəziyyətdədir. İstismar müddəti bitmiş bu enerji blokunun hazırda istifadə edilməsi region, ümumiyyətlə, dünya üçün növbəti bir Çernobıl təhlükəsidir. Ermənistan isə məqsədli şəkildə bunun fərqinə varmadan öz təxribatlarından əl çəkmir. Qeyd edək ki, Ermənistanın bu kimi əməllərinin qarşının alınması və ifşa olunması üçün bir qrup bloqqer change.org saytında Metsamor AES-in bağlanmasını tələb edən “Stop Metsamor!” petisiyası üzrə imza toplanmasına start verib. Bu gün dünya azərbaycanlıları bu kampaniyanı dəstəkləyir və “Stop Metsamor!” deyir.

“Metsamor AES ilə əlaqədar məlumatlar xarici dillərə çevrilərək
beynəlxalq qurumlara göndərilməlidir”


Almaniyada yaşayan yazar, Almaniya və Türkiyə Yazarlar Birliyinin üzvü Orxan Aras qəzetimizə bildirdi ki, bununla bağlı beynəlxalq ekoloji qurumlara müraciət etmək lazımdır: “Mövzu bütün dünya, canlılar, təbiət olaraq göstərilməlidir. Sovetlər Birliyi dövründə qurulan Metsamor AES birinci dərəcədə zəlzələ bölgəsi olması və texnikasının olduqca köhnəlməsi səbəbiylə böyük bir təhlükə ifadə etməkdədir. Baş verəcək bir zəlzələdə və ya bir qəza anında bölgədə yaşayan yüz minlərlə insan, bitki, heyvan məhv olacaq və Qafqazın ən gözəl ekoloji mühitinə sahib bu coğrafiya Araz çayı ilə birlikdə yox olacaq”.
Orxan Aras bütün dünyadakı insanları, təşkilatları bu təhlükə mövzusunda həssas olmağa və bərabər fəaliyyətə çağırıb: “Xüsusilə Avropadakı Yaşıllar partiyası və “Greenpaec” təşkilatı bu mövzuda bilgiləndirilməli və onlarla nələr ediləcəyi qərarlaşdırılmalıdır. Bu səbəblə Metsamor AES ilə əlaqədar texniki məlumatlar və o coğrafiya ilə əlaqədar xüsusiyyətlər xarici dillərə çevrilərək yuxarıda qeyd etdiyim qurumlara təcili olaraq göndərilməlidir”.

“Ciddi araşdırılma aparılacağı halda, Metsamor AES-də
radioaktiv sızmaların aşkar oluna
biləcəyinə şübhə etmirəm”


Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatının sədri, Beynəlxalq və Niderland Jurnalistlər İttifaqının üzvü Vüqar Abbasov da sözügedən AES-in bütün region üçün təhlükə olduğunu dedi: “Bu stansiyanın tikintisinə 1973 - cü ildə başlanılıb və sonrakı illərdə mərhələlərlə istismara verilib. Lakin Çernobıl hadisələrindən sonra, tikintisi nəzərdə tutulmuş digər bloklarda iş dayandırılıb. O da sirr deyil ki, Ermənistan və xüsusən bu stansiyanın yerləşdiyi yer seysmik aktiv zonadır. Elə buna görə də 1989-cu ildə Ermənistan hökuməti bu stansiyanın fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul etmişdi, 1995-ci ildə isə üzləşdikləri enerji böhranına görə stansiyanın işini bərpa etməyə qərar verdilər. Odur ki, sözügedən stansiya region üçün yenidən təhlükə mənbəyinə çevrilib”. Vüqar Abbasov ciddi araşdırılma aparılacağı halda, oradan radioaktiv sızmaların aşkar oluna biləcəyinə şübhə etmir: “Onları ifşa etməyə gəlincə, sadəcə, bu AES - in tarixini və seysmik zonada yerləşdiyini avropalılara çatdırmaq kifayət edər. Çox istərdim ki, diasporumuz fəaliyyətində bu və digər bu kimi faktlardan da istifadə etsinlər, təbii ki, bunu həm də özümə aid edirəm. Sirr deyil ki, bu stansiya region üçün böyük təhlükə mənbəyidir. Bunu avropalı siyasətçilərə çatdırmaq o qədər də çətin deyil, ancaq sözügedən siyasətçilərin buna nə qədər diqqət verəcəklərini isə bilmirəm”.

“Beynəlxalq aləmi Metsamor AES-in yaratdığı
təhlükə ilə bağlı həyəcan təbili
çalmağa tələb etməliyik”

ASGA Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili isə dedi ki, nüvə texnologiyası, nüvə silahını əldə etmək hər bir terror təşkilatının arzusudur: “Bəzi ölkələr, hətta bu silahı almaq üçün cəhdlər göstərirlər. Düzdür, götürülən uran vasitəsilə nüvə silahı istehsal etmək olmaz. Amma nəzərə almalıyıq ki, məsələ təkcə silahların yaradılmasında deyil. Uran özü-özlüyündə çox təhlükəli maddədir. Bu maddə ilə ətraf mühiti, içməli su hövzələrini, bir sözlə, flora və faunanı ciddi şəkildə zəhərləmək, məhv etmək olar. Bu maddələrdən istifadə edildiyi halda, regionda həyata keçirilən irimiqyaslı layihələrin də terrora məruz qalması istisna deyil”.
Toğrul Allahverdili bildirdi ki, Metsamor AES-də qəza baş verəcəyi təqdirdə Ermənistanın özü də daxil olmaqla geniş coğrafiyada yerləşən bir çox ölkələr nüvə qəzasının yaratdığı digər fəsadlarla üz-üzə qalacaq: “Biz, xaricdə yaşayan Azərbaycan diasporunun fəalları olaraq dünya ölkələrini, Avropa İttifaqı və bir çox beynəlxalq təşkilatları Metsamor AES-in yaratdığı təhlükə ilə bağlı həyəcan təbili çalmağa, milyonlarla insanın həyatını təhdid edən bu halın aradan qaldırılması üçün tədbir görmələrini tələb etməliyik. Harada yaşamalarından asılı olmayaraq Azərbaycan diasporunun bütün üzvlərini Metsamor AES-in yaratdığı təhlükəyə biganə qalmamağa və həyata keçirilən kampaniyanı dəstəkləməyə çağırıram”.

“Yaşıllar partiyasının
iclasında Metsamor AES məsələsini açıqlamağı planlaşdırıram”

Azərbaycan-İsveç Dostluq Cəmiyyətinin sədr müavini Leyla Kiani də diasporumuzu bütün imkanlarını səfərbər edib yaşadığı ölkələrdə bu məsələni gündəmə gətirməyə səsləyib: “Məsələ siyasi aspekt baxımından mühüm olduğuna görə hesab edirəm ki, səfirliklər bu işdə ciddi maraq göstərib əlaqədar qurumları məlumatlandırmalı və ölkəmizin bununla bağlı narahatçılığını açıq şəkildə bildirməlidirlər. Sosial şəbəkələr, mətbuat vasitəsilə çağırış etməyi düşünürəm. Tanıdığıım millət vəkilləri və üzv olduğum Yaşıllar partiyasının iclasında da mayın 26-da bu məsələni açıqlamağı planlaşdırıram”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info