“Metsamor Çernobıldan daha böyük faciəyə səbəb ola bilər”
Tarix: 17.05.2016 | Saat: 01:02:00 | E-mail | Çapa göndər


Berat Albayrak: “Metsamor AES dünya üçün
ciddi təhdiddir”


Türkiyənin “güncelakdeniz.com” saytı Ermənistanın Metsamor AES-i ilə bağlı yazı dərc edib. Yazıda bildirilir: “Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyası bir sıra ölkələr üçün təhlükə mənbəyidir. Bunu həmin ölkələrin mətbuat orqanlarında dərc olunan məlumatlarda da görmək mümkündür. TEnerji naziri Berat Albayrakın gündəmə gətirdiyi Ermənistandakı Metsamor hələ də fəaliyyətdədir. Bütün xəbərdarlıqlara baxmayaraq, Ermənistan, “elektriksiz qalarıq” bəhanəsi ilə stansiyanın 2026-cı ilə qədər fəaliyyətinin davam edəcəyini açıqlayıb.
AFAD və TAEK, baş verə biləcək qəza ehtimalına qarşı bu payızda manevr planlaşdırır. Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak, ötən həftə Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, Məlumat və Texnologiya Komissiyasında çıxışı zamanı nüvə əleyhdarlarının nümayiş etdirdikləri ortaya qoyduğu münasibəti təbəssümlə qarşılayaraq deyib: “Əgər daha yaxşı ətraf mühitlə bağlı qayğınız varsa, onda dünya üçün ciddi bir təhdid olan, sərhədimizə cəmi 10-20 kilometr uzaqlıqda yerləşən Ermənistandakı Metsamor stansiyasına diqqət edin. Bu məsələ ilə bağlı enerjinizi Ermənistandakı təhlükəli stansiyaya sərf etsəniz, yaxşı olar”.

İqdıra 16 km məsafədə
Metsamor Atom Elektrik Stansiyası İqdırdan 16 kilometr məsafədə yerləşir.
İstifadə ömrü bitməsinə baxmayaraq, Ermənistan tərəfindən “enerji ehtiyacı” səbəbi ilə işlədilməyə davam edilir. İrəvan, stansiyanın 2026-cı ilə qədər istifadə ediləcəyini elan edib. Beynəlxalq Atom Enerjisi Təşkilatı standartlarına zidd fəaliyyət göstərən stansiya ilə bağlı Türkiyə mediası tez-tez xəbərdarlıq edir. Yarana biləcək qəzaya qarşı da hazırlıq aparılır. AFED və TAEK mümkün qəza ilə bağlı “yol xəritəsi” hazırlayır. Bu iş çərçivəsində İqdırda xüsusi tədbir reallaşdırılacaq. Yerli və regional səviyyəli tədbirlər təçkil etmək nəzərdə tutulub.

Dünyanın ən etibarsız stansiyası
Metsamor AES 40 mindən çox insanın ölümünə səbəb olan Çernobıl AES-lə eyni texnologiyaya sahibdir. 1977-ci ildə inşa edilən bu stansiya dünyada məlum olan ən köhnə texnologiya ilə işləyir. Ona görə də Metsamor AES dünyada ən etibarsız nüvə stansiyası kimi tanınır və “partlamağa hazır nüvə bombası” kimi davamlı gündəmdədir. Ekspertlər hesab edir ki, sızıntı vəziyyətinə görə, Çernobıldan daha böyük faciəyə səbəb ola bilər.

Fransa elektrikinin 77 faizi nüvə stansiyasındandır
Dünyada 30 ölkədə 438 ədəd nüvə enerji stansiyası var. 15 ölkədə 67 stansiyanın istehsalı isə davam edir. 2015-ci ildən etibarən Fransa elektrik ehtiyacının 76,9 faizini nüvə enerjisiylə təmin edərkən bu nisbət, Slovakiyada 56,8, Macarıstanda isə 53,6 faiz olub. İsveç elektrik ehtiyacının 41,5, Finlandiya isə 30,4 faizini nüvə stansiyalarından əldə edir. Dünyada ən çox nüvə stansiyası olan ölkələrin siyahısına ABŞ liderlik edir- 100 stansiya. Sonrakı yerləri 58 stansiya ilə Fransa, 48 stansiya ilə Yaponiya və 34 stansiya ilə Rusiya tutur”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info