Artur Rasizadə: “Bu il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olacaq“ (Yenilənib)
Tarix: 17.05.2016 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


Gürcüstan Prezidenti:
“Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır”

Gürcüstanda səfərdə olan Azərbaycanın Baş naziri Artur Rasizadə dünən Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb. Görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişaf perspektivləri, Şərq-Qərb enerji dəhlizinin fəaliyyəti, eləcə də regionda həyata keçirilən digər enerji layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.
Prezident Giorgi Marqvelaşvili deyib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Gürcüstan bu əlaqələrin inkişafında və möhkəmlənməsində maraqlıdır. Baş nazir Artur Rasizadə Azərbaycanın Gürcüstan ilə əlaqələrinin daim yüksək səviyyədə olduğunu, dostluq münasibətlərinin inkişaf etdiyini, enerji layihələrinin hər iki dövlətin mənafeyinə xidmət etdiyini vurğulayıb. Baş naziri Artur Rasizadə dünən bu ölkənin Baş naziri Giorgi Kvirikaşvili ilə də görüşüb. Görüşdə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Şərq-Qərb enerji dəhlizi, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin inkişaf perspektivləri, investisiya qoyuluşu, ticarət dövriyyəsinin artırılması, energetika, nəqliyyat və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Baş nazir Artur Rasizadə bildirib ki, ölkələrimiz arasında qədim tarixi dostluq əlaqələri var, Azərbaycan bu əlaqələrin inkişafına daim maraq göstərir. Eyni zamanda, biz Gürcüstan ilə həyata keçirdiyimiz layihələrin əhəmiyyətini yüksək qiymətləndiririk. Bu layihələr həm dövlət müstəqilliyimizin möhkəmlənməsində, həm də iqtisadi əlaqələrimizin güclənməsində, eləcə də beynəlxalq nüfuzumuzun artmasında mühüm rol oynayır. Baş nazir Giorgi Kvirikaşvili ölkələrimiz arasında strateji tərəfdaşlığın inkişafına mühüm töhfələr verən “Bakı-Supsa” enerji dəhlizinin fəaliyyətə başlamasının 20 illiyi münasibətilə təbriklərini çatdırıb, Gürcüstanın enerji layihələrinə cəlb olunması, eləcə də qaz və digər problemlərin həllində göstərdiyi diqqət və qayğıya görə Azərbaycana minnətdarlığını bildirib, əlaqələrimizin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Qeyd edək ki, Gürcüstanda səfərdə olan Azərbaycanın Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Tiflisdə keçirilən Şərq-Qərb enerji dəhlizinin 20 illiyinə həsr olunan toplantıda iştirak edib. Tiflisdə keçirilən Şərq-qərb enerji dəhlizinin 20 illiyinə həsr olunan toplantıda Gürcüstan və Azərbaycan hökumətinin baş nazirləri, energetika nazirləri və hər iki ölkənin səfirləri kollektiv şəkil çəkdiriblər. A. Rasizadə Gürcüstandan keçən ən böyük beynəlxalq layihələrin Azərbaycan və Gürcüstan xalqının rifah halının yaxşılaşmasına təkan verən layihələr olduğunu bildirib. Tədbir jurnalistlər üçün qapalı keçirilib.

Gürcüstanın energetika nazirinin müavini:
"İqtisadiyyatımızın inkişafı TANAP və TAP-dan
asılıdır"


“Azərbaycanla Gürcüstan düz 20 il bundan əvvəl Bakı-Supsa kəmərinin təməlini qoymaqla tərəfdaşlığa başlayıb. Tərəfdaşlığımız hər il daha da güclənir. Bu, həm də bizim strateji tərəfdaşlığımızın başlanğıcı idi". Bunu APA-ya açıqlamasında Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili bildirib. "Hazırda biz TANAP layihəsini reallaşdırırıq. Hesab edirəm ki, yaratdığımız tərəfdaşlıq əsrlərlə davam edəcək. Bizim ölkələrin iqtisadi inkişafı bu layihələrə yatırılan investisiyalara əsaslanıb. İnanıram ki, gələcəkdə də əməkdaşlığımız bu cür əhəmiyyətli olacaq. Bununla yanaşı, Yunanıstanda TAP layihəsinin təməli qoyulacaq. Bütün bunlar ölkələrimizin stabilliyini qoruyacaq və iqtisadiyyatın inkişafına böyük təkan verəcək. Gələcəyimiz və iqtisadiyyatımızın inkişafı bu layihələrdən asılıdır", - deyə nazir müavini qeyd edib.
"Azərbaycan ərazisindən keçən layihələr beynəlxalq xarakter daşıyan və əhalinin rifah halını yüksəldən vacib layihələrdir". Bunu Gürcüstanda səfərdə olan Azərbaycanın baş naziri Artur Rasizadə jurnalistlərinə açıqlamasında bildirib. Baş nazir buna misal olaraq Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və ən böyük neft kəməri olan Bakı-Tbilisi-Ceyhan layihələrini göstərib: “İndi isə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi həyata keçirilir və bu layihənin bu il açılışı olacaq. Sadalanan layihələr strateji əhəmiyyət daşıyır, Gürcüstan və Azərbaycanda yaşayan əhalinin rifahının yaxşılaşmağına xidmət edir. Bu layihələr praktiki olaraq beynəlxalq xarakter daşıyır".




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info