Azərbaycan - Niderland biznes mərkəzi yaradıldı
Tarix: 17.05.2016 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycan və Niderland arasında 4 memorandum imzalanıb. İmzalanmalar Bakıda keçirilən Azərbaycan-Niderland biznes forumu çərçivəsində həyata keçirilib.İlk sənəd Sumqayıt Kimya Sənaye Parkı ilə Niderlandın “Chamelot” Kimya Parkı arasında imzalanıb.İkinci memorandum Azərbaycanla Niderland arasında biznes mərkəzinin yaradılması olub. Memorandumu “ADA” Universiteti ilə Limburq vilayətinin nümayəndələri imzalayıb.Üçüncü memorandum 6 şirkət arasında texnologiya sahəsinə aiddir. İmzalayan tərəflər arasında “ASAN” innovasiyalar, “Nar” və yeni yaradılmış Azərbaycan-Niderland biznes mərkəzi olub.Dördüncü memorandum birgə elmi araşdırmaların və təhlil işlərinin aparılması ilə bağlı Polad İstehsalı Kompleksinin nümayəndəsi, Niderlandın Axen Universitet və Maastrixt Universiteti arasında imzalanıb.Gözlənilən kənd təsərrüfatı ilə bağlı beşinci memorandum isə Bakı Ekspo Mərkəzində keçiriləcək “XXII Azərbaycan Beynəlxalq Qida Sənayesi, X Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya” sərgisi zamanı imzalanacaq.Qeyd edək ki, biznes forumda Niderlandın 24, Azərbaycanın isə 40 şirkəti iştirak edir.Biznes forumda iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib ki, Niderland Azərbaycana 900 milyon dollardan artıq investisiya yatırıb, onun 340 milyon dolları son 3 ildə yatırılıb. Azərbaycanla Niderland arasında 180 milyon dollar dəyərində müqavilələr imzalanıb. Niderland şirkətləri dövlət sifarişlərində də iştirak edir, Azərbaycanda 10 sifarişi öhdəliyinə götürüblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info