“Ermənilərin atəşi nəticəsində 450-dən çox məcburi köçkün evi zərər çəkib”
Tarix: 17.05.2016 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


“Ermənilərin atəşi nəticəsində 450-dən çox məcburi köçkün evi zərər çəkib”
Baş nazirin müavini, Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ağdam və Füzuliyə səfər edib. Ə. Həsənov əvvəlcə Füzuli rayon Bala Bəhmənli kəndi ərazisində məcburi köçkünlər üçün yeni inşa olunan  köçkün şəhərciyinə gedərək tikinti işləri ilə tanış olub.
Daha sonra Ağdama gələn komitə sədri, aprel ayının əvvəlində və sonunda erməni hərbi birləşmələrinin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində mərmi düşən evlərə baxıb. Baş nazirin müavini Baharlı məcburi köçkün düşərgəsində ailələrlə görüşüb, məcburi köçkün uşaqların təhsil aldığı məktəblərdə təhsilin keyfiyyəti ilə maraqlanıb. Ə. Həsənov bildirib ki, erməni hərbi birləşmələri yaşayış məntəqələrini atəşə tutması nəticəsində dağılan evlərin bərpasına start verilib: “Təxminən 450-dən çox məcburi köçkün ailəsinin mənzili zərər çəkib, onların 50-si tamamilə dağılıb. Dağılan evlər əsasən Tərtər rayonu ərazisindədir”. Baş nazirin müavini onu da deyib ki, son döyüşlərdə şəhid olan şəxslərin 17 nəfəri məcburi köçkündür.
 
Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info