“Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalının 7-ci turu yekunlaşıb
Tarix: 17.05.2016 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


“Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalının 7-ci turu yekunlaşıb. Bu tur “A” qrupunda iki liderin qarşılaşması ilə yadda qalıb. Azərbaycanlı beynəlxalq qrossmeyster Eltac Səfərli ukraynalı beynəlxalq qrossmeyster Yuri Kuzubovu sınağa çəkib. Məğlubiyyətsiz irəliləyən rəqiblər bu görüşdə də ağ-qara taxtadan heç-heçə ayrılıblar.AZƏRTAC xəbər verir ki, qrupun ən çox əmsallı şahmatçısı beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov belaruslu beynəlxalq qrossmeyster Vadim Malaxatko ilə üz-üzə gəlib və növbəti bir xalını qazanıb. Maraqla gözlənilən oyunlarda hollandiyalı beynəlxalq qrossmeyster Sergei Tiviakov rusiyalı beynəlxalq qrossmeyster Yevgeni Alekseyevlə, ukraynalı beynəlxalq usta Sergey Pavlov isə almaniyalı beynəlxalq qrossmeyster İqor Xenkinlə qarşılaşıb. Rəqiblər sonda xalları yarı bölməyə məcbur olublar. Ağ-qara taxtanı yarım xalla tərk edənlər siyahısında festivala uğurla başlayan türkiyəli 17 yaşlı FİDE ustası Sevgi Volkan da var. O, azərbaycanlı beynəlxalq qrossmeyster Günay Məmmədzadə ilə heç-heçə edib. 7-ci turda gözlənilməz nəticələrdən birinə də azərbaycanlı beynəlxalq qrossmeyster Azər Mirzəyev imza atıb. O, rusiyalı beynəlxalq qrossmeyster Vladimir Burmakini məğlub edərək aktivindəki xalların sayını 5-ə yüksəldib.
Naxçıvanlı FİDE ustası 16 yaşlı Pərviz Qasımov bu turda türkiyəli FİDE ustası Cankut Emiroğlu ilə qarşılaşmada məğlub olub. Digər şahmatçılarımızdan FİDE ustası Toğrul Həsənzadə FİDE ustası Aydan Höcətova, beynəlxalq qrossmeyster Urfan Sevdimalıyev isə FİDE ustası Vüqar Əsədli ilə qarşılaşıb. Toğrul rəqibini məğlub etsə də, Urfan heç-heçə ilə kifayətlənib.Bu turdan sonra Eltac Səfərli və Yuriy Kuzubov 5,5 xalla turnir cədvəlinə başçılıq edirlər.
“Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalının “B” qrupunda maraqla gözlənilən oyun nəhayət ki, baş tutub. Festivala iddialı başlayan və uğurlu çıxışı ilə diqqəti cəlb edən naxçıvanlı zəka sahibi Vüsal Abbasov itkisiz irəliləməkdədir. O, bu turda eyni xala sahib olan iranlı şahmatçı Amer Amini ilə xalları yarı bölüb. Nəticədə, aktivinə daha yarım xal yazdıran şahmatçımız “B” qrupunda 6 xalla lider olan 4 zəka sahibindən biridir.
Festivalın “C” qrupunun turnir cədvəlinə də Naxçıvan şahmat məktəbinin yetirməsi başçılıq edir. 7 turdan sonra 6,5 xal toplayan Sadiq Qarayev liderliyini davam etdirir. 12 yaşlı zəka sahibimiz bu turda qrupun ən çox əmsalı olan şahmatçısı Kənan Qasımovla xalları yarı bölüb.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu
18.11.2018
Azərbaycanın U-19 millisi gürcüstanlı həmyaşıdlarını məğlub edib
17.11.2018
Azərbaycan güləşçisi dünya çempionatının gümüş medalına sahib olub
17.11.2018
Azərbaycan millisi Farer adaları komandasını məğlub etdi
17.11.2018
Bakıda akrobatika üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info