Azərbaycanda idman hərəkatı yeni mərhələdə
Tarix: 04.03.2013 | Saat: 21:13:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edir, nümunəvi ölkə kimi daim hörmət və ehtirama layiq görülür. Azərbaycanın uğurlu inkişafı, beynəlxalq nüfuzu və müsbət imicə malik olması ölkə Prezidenti İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Çünki bu siyasət xalqımızın hərtərəfli inkişafına, ölkəmizin iqtisadi qüdrətinin yüksəlməsinə, vətəndaşlarımızın və gənclərimizin sağlam gələcəyinə xidmət edir. Ona görə də bu siyasət hər zaman xalqın dəstəyini qazanıb. Bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm nailiyyətlər qazanılıb. Gündən-günə artan iqtisadi qüdrətimiz, idmana olan diqqət və qayğı nəticəsində ölkəmiz dünyanın idman mərkəzlərindən birinə çevrilib. İdmanın maddi-texniki bazasının gücləndirilməsi, bölgələrdə müasir idman qurğularının tikilməsi on minlərlə yeniyetmə və gəncin idmana cəlb olunmasına şərait yaradıb.
Azərbaycanda və Bakıda keçirilmiş dünya və Avropa çempionatları bir daha sübut edir ki, doğrudan da, Azərbaycanda idman uğurla, sürətlə inkişaf edir. Eyni zamanda Azərbaycanda Olimpiya hərəkatı çox yüksək səviyyədədir. Məhz bunun nəticəsidir ki, ölkəmiz iki dəfə - 2016-cı və 2020-ci illərdə keçiriləcək Yay olimpiya oyunlarına öz iddiasını irəli sürüb. Müstəqillik dövründə Azərbaycan idmançılarının Olimpiya oyunlarında qazandığı nəticələrin artan dinamikası bu iddianın nə qədər ciddi olduğunu sübut edir.

«İlk oyunların Bakıda keçirilməsi, əlbəttə ki, böyük nailiyyətdir, bizim böyük uğurumuzdur»

Bu baxımdan ilk Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi təsadüfi deyil. Tarixdə ilk dəfə olaraq, birinci Avropa Oyunları Azərbaycanda keçiriləcək. Bu, həqiqətən də, tarixi hadisədir və artıq ölkə idman hərəkatı üçün yeni mərhəlinin başlandığını göstərir. Prezident İlham Əliyevin sədrliyi ilə 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin ilk iclasında dövlət başçısı qeyd edib ki, ilk dəfədir ki, Avropa Oyunları keçiriləcək: «Baxmayaraq ki, Olimpiya Oyunları Avropa qitəsində yaranmışdır və ondan sonra Avropa qitəsində də bərpa edilmişdir. Ancaq bu günə qədər Avropa Oyunları keçirilməmişdir. İlk oyunların Bakıda keçirilməsi, əlbəttə ki, böyük nailiyyətdir, bizim böyük uğurumuzdur». Prezident vurğulayıb ki, bu tarixi qərarın qəbul edilməsində ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynayıb. Məlum olduğu kimi 21 illik müstəqillik tarixinə rəğmən ölkəmiz dünyada dinamik inkişaf edən müasir, güclü ölkə kimi tanınır. Eyni zamanda ölkəmiz etibarlı tərəfdaş dövlət kimi böyük nüfuz sahibidir. Dövlət başçısının rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində Azərbaycanın beynəlxalq müstəvidə qazandığı nüfuzun ən bariz göstəricisi ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməyi və nüfuzlu qurumun iclasına sədrlik etməsidir. Digər tərəfdən, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı MDB məkanında rəqabət qabiliyyətliliyinə görə birinci, dünya miqyasında isə 46-cı yerdədir. Yəni, bu amillər ilk Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərarın qəbul edilməsində vacib rol oynayıb. Müstəqillik illəri ərzində ölkəmizdə keçirilən yarışlar, tədbirlər həmişə təşkilatçılıq baxımından fərqlənib. Yəni, Azərbaycan həmişə ən yüksək səviyyədə təşkilatçılıq etməklə bir növ öz standartını tətbiq edir. İndi isə sıra Avropa Oyunlarındadır. Tarixin ilk Avropa Oyunları tarixə Azərbaycanın tətbiq edəcəyi yeni standartlara uyğun səviyyədə düşəcək. Dövlət başçısı da bildirib ki, beynəlxalq qurumlar həmişə bizim təşkilatçılıq qabiliyyətimizi yüksək qiymətləndirib: «Yəni, biz bu tədbirləri keçirməklə və öz təşkilatçılıq qabiliyyətimizi göstərməklə bir növ yeni standartlar tətbiq edirik. Bu, artıq Azərbaycan standartlarıdır. Çünki istənilən beynəlxalq tədbir Azərbaycanda, Bakıda yüksək səviyyədə keçirilir və hesab edirəm ki, Avropa Oyunları da yüksək səviyyədə keçiriləcəkdir».

Mehriban Əliyevanın Təşkilat Komitəsinə rəhbər təyin edilməsi oyunların yüksək səviyyədə keçiriləcəyinə təminat yaradır

Yarışa hazırlıqla bağlı yaradılan Təşkilat Komitəsi artıq genişmiqyaslı işlərə start verib. Mehriban xanım Əliyevanın Təşkilat Komitəsinə rəhbər təyin edilməsi Avropa Oyunlarının ən yüksək səviyyədə keçiriləcəyinə indidən böyük təminat yaradır. Çünki M.Əliyevanın rəhbərliyi ilə indiyə qədər keçirilən bütün tədbirlər həmişə yüksək təşkilatçılıq səviyyəsi və keyfiyyət standartı ilə seçilib. Azərbaycan ictimaiyyəti və beynəlxaq təşkilatlar, xarici qonaqlar və KİV təmsilçiləri ötən il keçirilən «Eurovision» yarışmasında bu təşkilatçılıq bacarığının hansı səviyyədə olmasının şahidi oldular. Məhz Azərbaycan dövlətinin iradəsi, Mehriban Əliyevanın təşkilatçılıq qabiliyyəti sayəsində «Eurovision» tarixində yeni keyfiyyət standartı müəyyən edildi və ölkəmiz böyük miqyaslı yarışı ən yüksək səviyyədə keçirməklə xeyli nüfuz qazandı. Yəni, M.Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi böyük tədbiri ən yüksək səviyyədə keçirməklə Azərbaycanın üzünü ağ etdi. İndi sıra ilk Avropa Olimpiya Oyunlarındadır. Dövlət başçısı İlham Əliyevin məsələyə münasibəti belə olub: «Deyə bilərəm ki, Mehriban Əliyeva, eyni zamanda keçən il “Eurovision” mahnı müsabiqəsinin Təşkilat Komitəsinə rəhbərlik etmişdir. Ümumi rəyə görə, “Eurovision” mahnı müsabiqəsi Bakıda ən yüksək səviyyədə keçirilmişdir və bəlkə də “Eurovision” müsabiqəsinin tarixində belə gözəl müsabiqə keçirilməmişdir. Əminəm ki, Avropa Olimpiya Komitəsinin bizə göstərdiyi etimadı Mehriban Əliyevanın rəhbərliyi altında Təşkilat Komitəsi yüksək səviyyədə doğruldacaq və bu oyunlar Olimpiya Oyunlarının tarixində sadəcə, birinci Avropa Oyunları kimi deyil, eyni zamanda, ən gözəl oyunlar kimi qalacaqdır».

Bakıya 5 mindən çox idmançı, 2 mindən çox KİV təmsilçisi gələcək

Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın iclasda çıxışı zamanı səsləndirdiyi fikirlər artıq genişmiqyaslı işlərə start verildiyini təsdiqləyir. Eyni zamanda, ilk Avropa Olimpiya Oyunlarının ən yüksək səviyyədə keçiriləcəyinə böyük inam yaradır. Təşkilat Komitəsinin rəhbəri bildirib ki, I Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisədir. Artıq yarışın bir çox konturu indidən məlumdur. Təşkilat Komitəsi təxmini konturları müəyyənləşdirərək ayrı-ayrı məsələlər barəsində dəqiqləşmələr aparır. İlk öncə onu qeyd edək ki, I Avropa Oyunlarının 2015-ci ilin iyun-iyul aylarında keçirilməsi nəzərdə tutulub. Avropa Olimpiya Komitəsi ilə əldə olunmuş razılığa əsasən, Bakıda keçiriləcək yarışlarda 5 min nəfərədək idmançının iştirakı nəzərdə tutulub. Rəsmi nümayəndə heyətinin sayının təxminən mindən çox olması gözlənilir. Tədbirin işıqlandırılması üçün Bakıya 2 min nəfərədək beynəlxalq kütləvi informasiya vasitələri nümayəndələrinin gəlişi gözlənilir. Yarışlarla bağlı maraqlı məqam Avropa Oyunlarında neçə və hansı idman növlərinin olacağıdır. Bu məsələ ilə bağlı beynəlxalq federasiyalarla bağlı bir müddətdir ki, danışıqlar aparılır. Oyunlarda iştirak edəcək idmançıların yerləşdirilməsi məqsədi ilə Atletlər Kəndi yaradılacaq. KİV nümayəndələri isə Media Kəndində yerləşdiriləcək. Bu ərazidə yaradılacaq mərkəzdə və “Baku Crystal Hall”dakı Media Mərkəzində onlara tələb olunan şərait yaradılacaq.

Yarışların proqramına iki qeyri-olimpiya idman növü də daxil ediləcək

Avropa Olimpiya Komitəsi və Avropa idman federasiyaları ilə ilkin razılaşmaya əsasən, I Avropa Oyunlarının proqramına 28 Olimpiya idman növündən minimum 12-si və iki qeyri-olimpiya idman növü daxil olmalıdır. Yarışların 17 Olimpiya idman növü üzrə keçirilməsi ilə bağlı Avropa idman federasiyalarından niyyət məktubu göndərilib. Bu idman növləri güləş, həndbol, voleybol, gimnastika, çimərlik voleybolu, boks, cüdo, taekvondo, badminton, qılıncoynatma, atıcılıq, kamandan oxatma, stolüstü tennis, üzgüçülük, suyatullanma, su polosu və reqbi-7 daxildir. Avropa Oyunlarının tarixində ilk dəfə keçiriləcəyini nəzərə alaraq, bir çox məsələlər üzrə Avropa Olimpiya Komitəsi ilə danışıqlar davam edir və qeyd edilən göstəricilər dəyişə bilər. Proqrama daxil olacaq iki qeyri-olimpiya idman növünün müəyyən edilməsi istiqamətində Avropa Olimpiya Komitəsi və Avropa idman federasiyaları ilə danışıqlar aparılır.

Su polosu və çimərlik
voleybolu üzrə müvəqqəti arenalar inşa edilə bilər


Şübhəsiz, burada ən mühüm məqam idman kompleksləri ilə bağlıdır. Avropa Olimpiya Komitəsinin də qarşıya qoyduğu əsas şərtlərdən biri də müasir səviyyəli, hər cür şərtlərə cavab verən idman arenalarının olması, idmançıların məskunlaşacağı şəhərciklərlə bağlıdır. Təşkilat Komitəsi artıq yarışların keçiriləcəyi yerlərlə bağlı müəyyən dəqiqləşdirmələr aparıb. İlkin plana əsasən, yarışların Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu, “Baku Crystal Hall”, “Sərhədçi” İdman Kompleksi, Əl Oyunları Sarayı, 8-ci Kilometr stadionu, Güllə atıcılığı stendi və Bakı Ekspo Mərkəzində keçirilməsi nəzərdə tutulub. 2015-ci ilədək Olimpiya Stadionunun, Su İdman Növləri Mərkəzinin və Gimnastika Kompleksinin inşasının bitməsi planlaşdırılır və bu yeni qurulan idman sarayları da oyunlar zamanı istifadə olunacaq. I Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin Bakıda, Böyükşor gölünün yaxınlığında inşa olunan 65 min yerlik Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulub. I Avropa Oyunları zamanı idman və bədii gimnastika üzrə yarışların Gimnastika Kompleksində keçirilməsi planlaşdırılır. Eyni zamanda üzgüçülük və suyatullanma üzrə yarışların Bakıda inşa olunan Su İdman Növləri Mərkəzində keçirilməsi planlaşdırılır. Su polosu üzrə yarışların keçirilməsi üçün Mərkəzin yanında müvəqqəti arena inşa olunmalıdır. Atletika üzrə yarışlar keçirilsə, 32 min 200 yerlik Tofiq Bəhramov adına Respublika Stadionundan istifadə oluna bilər. Çimərlik voleybolu üzrə yarışların keçirilməsi üçün dənizkənarı bulvarda müvəqqəti arenanın inşası tələb olunur.
Burada bir incə məqamı unutmaq lazım deyil ki, indiyə qədər Avropa Olimpiya Oyunları keçirilməyib və Azərbaycan bu yolda ilk nümunə olacaq. Bu amili nəzərdə tutan dövlət başçısı bildirib ki, bu oyunların öz siması, öz standartları olacaqdır və deyə bilərəm ki, bu standartları biz tətbiq edəcəyik: «Bizim qoyduğumuz təməl üzərində bundan sonra da Avropa Oyunları keçiriləcəkdir. Bir növ həm bu oyunların, eyni zamanda, gələcək oyunların başqa şəhərlərdə keçirilməsi üçün yeni standartları biz tətbiq edəcəyik. Doğrudan da, böyük məsuliyyətdir. Mən bir daha demək istəyirəm ki, bu oyunlar Yay Olimpiya Oyunlarının səviyyəsindən aşağı olmamaq şərti ilə keçirilməlidir. Əminəm ki, biz buna nail olacağıq».
Anar MIRIYEV

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info