Gənc rəssamın fərdi rəsm sərgisi
Tarix: 17.05.2016 | Saat: 19:08:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində Təsviri incəsənət müəllimliyi kafedrasının əməkdaşı Şəmsiyyə Zalovanın “Bax belə” adlı fərdi rəsm sərgisi keçirilib. Tədbiri Təsviri-incəsənət kafedrasının müdiri, Azərbaycan Respublikasının Xalq rəssamı, dosent Hüseynqulu Əliyev açaraq Naxçıvan rəssamlıq məktəbinin zəngin ənənələrindən, milli təsviri sənətin müasir inkişaf səviyyəsindən, muxtar respublikada bu sahədəki mütəxəssis hazırlığından danışıb. Xalq rəssamı gənc istedadlı rəssamın özünəməxsus yaradıcılıq dəst-xəttini təhlil edib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov Azərbaycan milli mədəniyyətinin dünya incəsənətinə verdiyi töhfələrdən, universitetdə müəllim və tələbə rəssamların müxtəlif mövzularda, habelə fərdi rəsm sərgilərinin keçirilməsinin onların yaradıcılıq inkişafına əhəmiyyətli təsirindən danışıb. Qeyd olunub ki, Şəmsiyyə xanımın sərgidə nümayiş olunan əsərləri əsası “Molla Nəsrəddin” jurnalı tərəfindən qoyulan milli karikatura sənəntinin davam etdirilməsi baxımından da əhəmiyyətlidir. Sonra sərgi ilə tanışlıq olub. Sərgidə nümayiş olunan əsərlərdən xarakter və obraz canlılığı ilə seçilən dostluq şarjları, şarj-ornamentlər, siyasi avantüra və inriqaları, cəmiyyətdəki eybəcərlikləri ifşa edən karikaturalar xüsusi maraq doğurub.

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info