Yusif Ağayev: “Sığortaçı müştərinin vaxtına və puluna qənaət etməyi öyrənməlidir”
Tarix: 17.05.2016 | Saat: 20:25:00 | E-mail | Çapa göndər


“AlfaSığorta” ASC-nin Marketinq şöbəsinin rəisi Yusif Ağayevin müsahibəsini təqdm edirik.
-Cənab Ağayev, son vaxtlar Azərbaycanın sığorta bazarında “AlfaSığorta” ASC-nin fəaliyyətinin fəallaşması hiss olunur, deyə bilərsinizmi, bu nə ilə bağlıdır?
- Siz tamamilə haqlısınız. Bu ilin ilk ayları ərzində biz nəzərə çarpan sıçrayış etdik, bunu bizim maliyyə göstəricilərimiz də, şirkətin fəaliyyət sahəsinin genişlənməsi də, onun təşkilati strukturundakı dəyişikliklər də təsdiq edir. Heç kimə sirr deyil ki, 2015-ci il bizim üçün asan olmadı, lakin biz özümüzdə güc tapıb müvəqqəti çətinlikləri aradan qaldıra bildik. Hal-hazırda maliyyə sektorunda çox da sadə olmayan vəziyyət sığorta bazarı iştirakçılarından yeni, kreativ qərarlar qəbul etməyi, müasir gerçəkliklərə cavab verən sığorta məhsulları işləyib hazırlamağı, müştərilərə xidmətdə innovasiyalı yanaşmalar tətbiq etməyi tələb edir. Yuxarıda göstərilən amilləri nəzərə alan “AlfaSığorta” ASC-də ciddi yenidənqurma işləri aparılmış, bir neçə yeni bölmə yaradılmışdır, həmçinin, regional şəbəkə fəal surətdə genişlənir. Son bir neçə ay ərzində bizdə regional nümayəndəliklərin və satış ofislərinin sayı xeyli artmışdır. Satış prosesinin optimallaşdırılması və müştərilərə xidmətin səviyyəsinin yüksəldilməsi üzrə ciddi addımlar atılır. Həyata keçirilən tədbirlər şirkətimizi birbaşa istehlakçıya yaxınlaşdırmağa, onu daha cəlbedici və müştəri-yönümlü etməyə hədəflənmişdir. Sürətlə dəyişən müasir dünyada sığortaçılar çalışmalıdırlar ki, onlarla müştərilərin ünsiyyəti prosesi sonuncular üçün yalnız sığorta müqavilələrinin bağlanması mərhələsində deyil, həm də sığorta ödəmələri aldıqları zaman son dərəcə rahat olsun, bunlarla yanaşı, onlar maksimum dərəcədə həm müştərinin vaxtına, həm də puluna qənaət etməyi öyrənməlidirlər.
- Mətbuatda belə bir məlumat getmişdir ki, siz sığorta treninqləri həyata keçirirsiz. Bu barədə bir neçə kəlmə.
- Bəli, bu belədir. Bu gün əhalinin iki devalvasiya dalğası ilə üz-üzə qaldığı şəraitdə çoxları əlavə əmək haqqına ehtiyac duymağa başlamışdır. Bunu nəzərə alaraq, “AlfaSığorta” ASC pulsuz olaraq sığorta işi üzrə treninqlər təşkil etmək qərarına gəldi. Şirkətimizin bu prosesə cəlb olunan aparıcı mütəxəssisləri namizədlərə (seçilmişlər arasından) sığorta işinin əsaslarını tədris edəcək və ölkənin sığorta bazarında işin praktiki vərdişlərini öyrədəcəklər. Həm də nəzərə almaq lazımdır ki, biz arzu edənlər üçün heç bir məhdudiyyət qoymuruq, yaşından, cinsi mənsubiyyətindən, peşə bacarıqlarından və s. asılı olmayaraq hər kəs bu treninqlərdə iştirak edə bilər. Nəticələr üzrə daha çox fərqlənənlərə sonradan işə düzəlmək imkanı veriləcəkdir. Bu tədris tədbirləri həyata keçirməklə, biz həm sosial xarakterli, yəni əhalinin ehtiyacı olan təbəqəsinə əlavə əmək haqqı əldə etmək imkanı verilməsi, həm də maarifləndirmə məqsədləri güdürük, belə ki, ölkəmizdə sığorta savadının qənaətbəxş olmadığı heç kimə sirr deyil. Bu tədbir bizim korporativ sosial məsuliyyət proqramının həyata keçirilməsi planlarına uyğundur.
- Zəhmət olmasa deyin, Siz yeni sığorta məhsulları tətbiq etməyi planlaşdırırsınızmı?
- Sözsüz, mən Sizə daha bir söz deyim, onlardan bəziləri işin final mərhələsindədir və artıq yaxın vaxtlarda geniş müştəri auditoriyasına təqdim olunacaq. Qabaqcadan bütün sirləri açmaq istəmirəm, amma bir şeyi deyə bilərəm – onlar müasir gerçəkliklər nəzərə alınmaqla işlənib hazırlanmış və sığorta bazarının bugünkü tələbatlarına uyuğunlaşmışdır. “AlfaSığorta” ASC sığorta şirkəti həmişə zamanla ayaqlaşacaq və öz müştərilərini ən zəruri və innovasiyalı sığorta məhsulları ilə təmin edəcəkdir.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info