ABŞ səfiri UNEC-də
Tarix: 17.05.2016 | Saat: 21:07:00 | E-mail | Çapa göndər


İnvestisiya yönələ biləcək sahələr investorlara göstərilməlidir
ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub. UNEC rektoru, professor Ədalət Muradovla görüşən səfir Azərbaycanda ingilis dilinin tədrisinin vəziyyəti barədə danışıb. Görüşdə akademik mobillik, eləcə də Fulbright proqramından istifadə edən ABŞ müəllimlərinin UNEC-də ingilis dili fənninin tədrisinə cəlb olunması məsələləri də müzakirə edilib. Sonra səfir Robert Sekuta UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri ilə görüşərək, dünya iqtisadiyyatındakı mövcud vəziyyəti şərh edib. UNEC tələbələri səfirə iqtisadi mövzuda suallarını ünvanlayıblar. Çin iqtisadiyyatının qlobal iqtisadiyyatda artan rolu, dünya birjalarında neftin dəyişən qiyməti, ABŞ-Azərbaycan iqtisadi münasibətləri, xüsusən ABŞ-ın ölkəmizə birbaşa investisiya cəlbi ilə bağlı tələbələrin sualları cavablandırılıb. Səfir bildirib ki, Çin iqtisadiyyatının əsas inkişaf etmiş bölgələri ölkənin şərq hissəsində yerləşsə də, hazırda bu inkişaf ölkənin qərbinə doğru hərəkət etməkdədir. Robert Sekuta Çinin milli valyutası yuanın dünya valyutasına çevrilməsindən danışaraq, ölkə iqtisadiyyatının son illərdə sürətlə inkişaf edərək, dünyanın ən böyük ikinci iqtisadiyyatı olduğunu tələbələrin diqqətinə çatdırıb. Qeyd edib ki, Çin iqtisadiyyatını və Çin faktorunu dünya iqtisadiyyatında nəzərə almamaq artıq mümkün deyil, hazırda yuanın dünya iqtisadiyyatına sistemli şəkildə daxil olması baş verir. Səfir Robert Sekuta çıxışında neftin qiymətinin dəyişkənliyinə xüsusi diqqət ayıraraq qeyd edib ki, ucuzlaşmaya iki aspektdən yanaşmaq lazımdır. İstehlakçı üçün qara qızılın qiymətinin enməsi əlbəttə ki, çox yaxşıdır. Amma neft ixrac edən ölkələr və şirkətlər üçün ucuzlaşma müsbət hal deyil deyil. Çünki qara qızılın qiymətinin aşağı düşməsi digər məhsulların qiymətlərinin aşağı düşməsi ilə yanaşı, neft şirkətlərində işçilərin ixtisarına və nəticədə işsizliyə gətirib çıxarır. R.Sekuta vurğulayıb ki, neftin qiymətinin bugünki vəziyyəti bir çox ölkələr üçün problemlər yaradıbsa, Azərbaycan üçün bunu demək olmaz. Çünki Azərbaycandakı iqtisadi vəziyyət Venesuela, Nigeriyada olan vəziyyətlə müqayisə oluna bilməz. Səfir həmçinin, ABŞ şirkətlərinin investisiya siyasətinə də toxunub. Bildirib ki, ölkəsinin şirkətləri istənilən halda Azərbaycanın enerji sektorunda aktiv iştirak etməkdə davam edəcək. Səfir eyni zamanda, ölkəsinin iş adamlarının Azərbaycanın turizm və informasiya texnologiyaları sektorlarına diqqət ayıra biləcəyini də vurğulayıb. UNEC tələbələri öz fikirlərini səfir Robert Sekuta ilə bölüşüblər.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
İİKK Hörmüz boğazında Britaniyaya məxsus neft tankerini saxlayıb
19.07.2019
Hindistanda daşqınlar nәticәsindә hәlak olanların sayı 136 nәfәrә çatıb
19.07.2019
Türkiyә ordusu iki şәhid verdi
19.07.2019
Türkiyədə növbəti dəfə kütləvi zəhərlənmə baş verib
19.07.2019
Cənubi Koreyada yaşlı kişi Yaponiya səfirliyinin qarşısında özünü yandırıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info