İranlı fermerlər Azərbaycanda torpaq icarəyə götürmək istəyirlər
Tarix: 18.05.2016 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


İqtisadiyyat naziri Şahin Mustafayevin İran İslam Respublikasının kənd təsərrüfatı naziri Mahmud Höccəti ilə keçirdiyi görüşdə ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olmasından və əlaqələrin müxtəlif sahələrdə uğurla davam etməsindən məmnunluq ifadə olunub, kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi
aparılıb.

Nazir Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və İran prezidentlərinin əlaqələrin daha da genişləndirilməsi istiqamətində göstərdiyi birgə səylər nəticəsində ölkələrimiz arasında neft-qaz, nəqliyyat, enerji, rabitə və s. sahələrdə əməkdaşlıq uğurla davam edir. Kənd təsərrüfatı Azərbaycan-İran əməkdaşlığının vacib istiqamətlərindən biridir və bu sahədə əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar var. Mövcud imkanları reallaşdırmaq məqsədilə Hökumətlərarası Komissiya çərçivəsində aqrar sahə üzrə İşçi Qrupu fəaliyyət göstərir və İşçi Qrupunun ilk iclası 2015-ci ildə keçirilib. Nazir Şahin Mustafayev qeyd etmişdir ki, Azərbaycanda bitki və heyvanlar üçün dərman preparatlarının istehsalına dair birgə müəssisə yaradıla, iranlı ixracatçılar Aktau şəhərindəki Azərbaycanın Logistik Mərkəzindən istifadə edə bilər. Bundan başqa, Azərbaycan pambıqçılıq, toxumçuluq və tingçilik sahələrində əməkdaşlıqda, eləcə də meyvə qurudulması sahəsində İran təcrübəsinin öyrənilməsində və ölkəmizdə meyvəqurutma müəssisələrinin yaradılmasında, İrandan kənd təsərrüfatı texnikasının alınması sahəsində əməkdaşlıqda maraqlıdır. İran İslam Respublikasının kənd təsərrüfatı naziri Mahmud Höccəti hər iki ölkənin kənd təsərrüfatı sahəsində böyük potensiala malik olduğunu və aqrar sahədə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadə olunmasının əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, ölkələrimiz arasında ticarət əlaqələri genişləndirilməklə 3-cü ölkələrə birgə ixrac həyata keçirilə bilər. Mahmud Höccəti iranlı fermerlərin Azərbaycanda müştərək və ya uzunmüddətli torpaq icarəyə götürərək xüsusi tələbat olan məhsulların əkilməsində, birgə investisiya qoyuluşunda maraqlı olduğunu diqqətə çatdırıb.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Türkiyə Xəzər hövzəsindən enerji ehtiyatlarının dünya bazarlarına tədarükündə maraqlıdır
20.04.2019
Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb
20.04.2019
Azərbaycan tekstili MDB-də yeni bazarlara çıxa bilər
20.04.2019
Azərbaycan neftinin qiyməti bahalaşıb
19.04.2019
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info