“El Pais”: “Rusiya və Çin dolları çökdürməyə hazırlaşır”
Tarix: 18.05.2016 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


“Son 15 ayda Çin öz qızıl ehtiyatlarını 70 faiz artıraraq 1700 tona çatdırıb. Moskva isə bu ərəfədə öz qızıl ehtiyatlarını 21 faiz zənginləşdirərək, təqribən 1460 tona çatdırıb”

“Rusiya və Çin Amerika dollarını zəiflətmək üçün qızıl ehtiyatlarını artırmaqda davam edir. Belə görünür ki, tezliklə dolların zəifləməsi nəzərə çarpan olacaq. Həm Moskva, həm də Pekin qızıl ehtiyatlarını artırmaqla öz iqtisadiyyatlarını gücləndirməyə çalışırlar”.
Bu fikirlər ispan nəşri “El Pais”də dərc edilən məqalədə yer alıb. Nəşrin yazdığına görə, hər iki ölkənin dövlət bankları son dövrlər qızıl ehtiyatlarını artırmaq istiqamətində xeyli irəli gediblər. Müqayisə üçün bildirək ki, son 15 ayda Çin öz qızıl ehtiyatlarını 70 faiz artıraraq 1700 tona çatdırıb. Bununla da Çin dünyada qızıl ehtiyatları baxımından altıncı yeri tutub. Moskva isə bu ərəfədə öz qızıl ehtiyatlarını 21 faiz zənginləşdirərək, Çindən bir qədər az, təqribən 1460 tona çatdırıb. Dünyada yaşanan böhran qızılın qiymətini artırıb, tələbat sabitdir. 2009-2015-ci illər arasında 6-8 ton qızıl alan Çinin ötən ilin yayından başlayaraq bu qiymətli metala qarşı olan “tələbatı” daha da artıb. Rusiya isə əsasən, 2015-ci ildən, dünya bazarında neftin qiymətinin aşağı düşməsindən sonra qızıl ehtiyatlarını artırmaq yolunda yeni addımlar atmağa başlayıb.

“Almaniya ABŞ-da saxladığı qızıl ehtiyatını geri ala bilmir”

Professor Karlos Fernandesin fikrincə, qızıl ehtiyatlarını artırmaqda hər iki dövlətin əsas məqsədi ölkələrinin dollardan asılılığını zəiflətməyə hesablanıb. Professorun sözlərinə görə, hər iki dövlətin dollar borcu var və buna görə də həmin ölkələr qızıl ehtiyatlarını zənginləşdirməklə özlərini qorumağa çalışırlar. “Politonline. ru” saytının məlumatına görə, bir müddət bundan əvvəl Rusiya Bankı qızıl alınması üzrə dünyanın lider ölkələrindən biri olub. Bunun bariz nəticəsi kimi, Rusiyanın qızıl-valyuta ehtiyatları 3 milyard dollardan 368 milyard dollara çatıb. “Die Welt” nəşrinin ehtimalına görə, bu addım dollara qarşı hesablanmış “sakit hücum” kimi dəyərləndirilməlidir: “Bu, Rusiyanın maliyyə sektorunda Qərbə qarşı apardığı “soyuq müharibə”nin başlanğıcı kimi başa düşülməlidir. Rusiya rəhbərliyi bununla Avropanı zəiflətməyə və dollar və avronun hegemonluğunun qarşısının almağa çalışır”. Xatırladaq ki, hələ bir müddət bundan əvvəl “Want China Times” nəşri yazırdı ki, Çin valyuta ehtiyatlarını artırmaqla ABŞ-ın maliyyə sistemini zəiflətməyə çalışır. “Çin Rusiya ilə eyni tandemdə qızıl ehtiyatlarını artırır” -yazan “El Pais” onu da qeyd edir ki, Almaniya ABŞ-da saxladığı qızıl ehtiyatını geri ala bilmir. Almaniyanın qızıl ehtiyatlarının üçdə iki hissəsi okeanın o tayında saxlanılır. Bir müddət bundan əvvəl Hollandiya dövləti bu məsələni içtimailəşdirdikdən sonra öz qızıl ehtiyatlarının təxminən yarısını ölkəsinə gətirə bilib. Almaniya dövləti isə, hətta ABŞ-dakı qızıl anbarlarına belə, yaxın buraxılmır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info