“Pambığın istehsalı ilə yanaşı, onun emalı da təşkil olunmalıdır”
Tarix: 18.05.2016 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


Sabir Vəliyev: “Pambıqçılıqla bağlı yerlərdə toxuculuq fabrikləri açılsa, bəzi paltarları idxal etməyə ehtiyac qalmaz və özümüz istehsal edib başqa ölkələrə sata bilərik”

Kənd təsərrüfatının inkişafı Azərbaycan üçün həmişə prioritet olub. Ölkədə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı istiqamətdə bir sıra tədbirlər həyata keçirilir. Fermerlərə dəstək verilir, subsidiyalarda yeni yanaşmalar təklif olunur. Ölkə başçısı da bildirib ki, Azərbaycan çoxiqlimli ölkədir, hər bir zona üçün xüsusi kənd təsərrüfatı məhsulları yetişdirilməli və hər bir rayonun, hər bir iqtisadi zonanın öz subsidiya paketi olmalıdır.
O da vurğulanıb ki, kənd təsərrüfatı məhsullarının ixracı daha da sürətləndirilməlidir. Bu məqsədlə təşviq sistemi işə salınır. Xaricə öz məhsulunu çıxaran qurumlara, şirkətlərə dövlət kompensasiya verəcək. Bu gün ölkədə vaxtilə Azərbaycanda çox inkişaf etmiş sahələrin bərpa edilməsi vacib amillərdəndir. O cümlədən, pambıqçılıq, baramaçılıq, tütünçülük, çayçılıq, üzümçülük və digər sahələrin inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanılıb. Məqsəd isə odur ki, Azərbaycan dünya bazarlarına keyfiyyətli və bol kənd təsərrüfatı məhsulu çıxaran, ixrac edən ölkə kimi tanınmalıdır.

“Üzümçülüyün inkişafı da emal sənayesinin
inkişafına müsbət təsir göstərə bilər”

Mütəxəssislərimiz də kənd təsərrüfatında müxtəlif sahələrin inkişafını və bunun üçün mühüm tədbirlərin həyata keçirilməsini vacib hesab edirlər. Kənd təsərrüfatı üzrə ekspert Sabir Vəliyev bildirdi ki, ölkə başçısının bildirdiyi kimi, vaxtilə mövcud olmuş sahələri inkişaf etdirmək lazımdır: “ Bunun üçün ölkədə istehsal, eyni zamanda emalda inkişaf etməlidir. Əvvəllər ölkədə pambıq zavodları vardı. Hazırda pambığı bir MKT şirkəti qəbul edir. Yaxşı olardı ki, pambığın istehsalı ilə bağlı onun emalı da təşkil olunsun. Pambıqçılığı inkişaf etdirmək olar. Heç olmasa, iki rayondan birində pambıq emalı, xüsusilə toxuculuq fabrikləri açılması mühümdür. Eyni zamanda burada yun emalı da önəmlidir. Bu, çox sərfəlidir. Müxtəlif toxuculuq fabriklərinin açılması vacibdir. Pambıq da heyvandarlığın, xüsusilə qoyunçuluğun inkişafına təkan verə bilər. Bunun üçün mütləq mütəxəssislər cəlb edilməlidir. Ölkə başçısı çıxışında bildirdi ki, 50 min hektar pambıq əkilməlidir. 100 min ton pambıq istehsal etmək olar.
Baramaçılığın inkişafı da emal sənayesindən asılıdır. Çünki barama istehsal olunan yerdə mütləq onu almalıdırlar və qiyməti qalxmalıdır. Bütün bunlar çox gözəl fikirdir. Çünki qeyri-neft sektorunun inkişafı vacibdir”.
Ölkədə üzümçülüyün inkişafının vacib olduğunu deyən S.Vəliyevin sözlərinə görə, üzümçülüyün inkişafı da emal sənayesinin inkişafına müsbət təsir göstərə bilər: “ Bu sahələrə lisenziya verilməsi ləğv edilib və bu çox gözəl amildir. Eyni zamanda müəyyən işlərin “ASAN xidmət”ə verilməsi də bu sahənin inkişafına müsbət təsir göstərə bilər. Üzümçülüyün inkişafı ilə bağlı onu deyim ki, vaxtilə bu sahə dövlət büdcəsinin 45 faizini təşkil edib. İndi də bunun inkişaf etdirilməsi, xüsusilə MDB dövlətlərinə yaxşı, yüksək keyfiyyətli şərabın göndərilməsi bu sahədə böyük dönüş yarada bilər. Üzümün əkini ilə bağlı xüsusilə calaq əkini materialının əldə edilməsi lazımdır. Bu sahədə əhaliyə uzunmüddətli kredit verilərsə, maraq daha da artar”.

“Emal sənayesi inkişaf edərsə, ixrac imkanları
da artar”

Adıçəkilən sahələrin daha da inkişaf etdirilməsi nəticəsində yaranacaq ixrac imkanları ilə bağlı ekspert bildirdi ki, emal sənayesi inkişaf edərsə, onun ixrac imkanları da mümkündür: “Pambıqçılıqla bağlı yerlərdə toxuculuq fabrikləri açılsa, məsələn, bəzi paltarların tikilişinə imkan yaransa, onu artıq idxal etməyə ehtiyac qalmaz və özümüz istehsal edib başqa ölkələrə sata bilərik. Həmçinin qoyunçuluqla bağlı emal sənayesi olsa, ondan kostyum, müxtəlif parçalar hazırlamaq mümkündür və istənilən ölkəyə, o cümlədən Rusiya, Ukraynaya sata bilərik”. S.Vəliyevin fikrincə, bu sahələrdə inkişaf bərabər şəkildə həyata keçirilməlidir: “Pambıqçılıqla bərabər qoyunçuluğu da inkişaf etdirməliyik. Baramaçılığı inkişaf etdirmək üçün çəltikçiliyi inkişaf etdirməliyik. Baramanın yem bazasını təşkil etməliyik. Yem istehsalı təşkil olunsa, əhaliyə paylansa, məşğul olsa , onunla qiyməti nizamlansa, inkişaf edə bilər”. O da vurğulandı ki, bu sahələrin inkişafı üçün kadrlara ehtiyac var: “Məsələn, Elmi Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunda kadr hazırlaya bilərik. Bu sahədə mütəxəssislərimiz var. İstərdik ki, gələcəkdə bu sahədə mütəxəssislər inkişaf etsin”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info