«Ağaoğlu» İstanbuldakı evləri Azərbaycanda satışa çıxarıb
Tarix: 04.03.2013 | Saat: 21:32:00 | E-mail | Çapa göndər


Türkiyənin inşaat sektorunda nəhəng layihələr reallaşdıran «Ağaoğlu» Şirkətlər Qrupu həyata keçirdiyi layihələrdəki daşınmaz əmlak obyektlərinin Azərbaycanda satışına start verib.
Şirkətin Bakıda yeni fəaliyyətə başlayan nümayəndəliyindən verilən məlumata görə, «My Towerland», «My Roseville», «My World Europe», «My Office 212», «Maslak 1453» və s. kimi məşhur layihələrin müəllifi olan «Ağaoğlu» Şirkətlər Qrupu, ilkin mərhələdə azərbaycanlı müştərilərinə, hər ikisi Türkiyə dövləti ilə ortaq olan «My World Europe» və «Maslak 1453» yaşayış komplekslərini təqdim edir. İstanbulun Avropa hissəsində, Atatürk hava limanı yaxınlığında yerləşən, satışa çıxarıldığı gündən əcnəbilərin böyük marağına səbəb olan «My World Europe» yaşayış kompleksi, 3 ayrı tipdə - «Golf Residence», «Pool Residence», «Arena Residence» kimi adlandırılıb, ümumilikdə 17 blok, 3060 mənzil, 20 villa, 47 mağaza, 130 m uzunluğunda üzmə hovuzu, «My Club» idman və əyləncə mərkəzindən və geniş qolf meydançasından ibarətdir. Kompleks 2013-cü il aprel ayında sakinlərə təhvil veriləcək. Digər layihə isə elə satışa çıxarıldığı gün 1 580 mənzili satılmış, ərəb ölkələrindən sonra Azərbaycanda satışına icazə verilmiş, ümumilikdə 24 blok, 4 789 mənzil, ofislər, moda və ticarət mərkəzləri, Avropanın ən böyük idman və əyləncə mərkəzi «My Club», amfiteatr, mədəniyyət mərkəzləri və s. bu kimi insanların rahat yaşaya biləcəyi bir ortamı təmin edəcək «Maslak 1453» yaşayış kompleksi İstanbulun mərkəzində, dövlət Fatih ormanına yaxın məsafədə yerləşir. Bu yaşayış kompleksi isə 2015-ci ilin əvvəlində tam hazır olacaq.




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
Daha 304 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub
22.11.2018
ƏƏSMN: Son iki gündə 250-dən çox ailəyə mal və materiallar verilib
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info