“Multikulturalizm - dövlət siyasətidir”  mövzusunda seminar keçirilib
Tarix: 18.05.2016 | Saat: 15:36:00 | E-mail | Çapa göndər


SOCAR-ın İnsan Resursları Departamentində “Multikulturalizm - dövlət siyasətidir” mövzusunda seminar keçirilib.SOCAR-dan bildirilib ki, İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli 2016-cı ilin Prezident İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan edildiyini xatırladıb. Nəzərə çatdırılıb ki, müştərək müəssisələr, xarici nümayəndəliklər də daxil olmaqla SOCAR-da əlli mindən çox əməkdaş çalışır və bu fakt multikulturalizm mövzusunun şirkət üçün nə dərəcədə zəruri və aktual olduğunu göstərir.Qeyd olunub ki, çoxmədəniyyətlilik, tolerantlıq siyasəti Dövlət Neft Şirkətinin fəaliyyətində də prioritetlik təşkil edir.Seminarda Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyevin “Multikulturalizm - dövlət siyasətidir” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi multikulturalizmə dünyada müxtəlif aspektlərdən yanaşıldığını, multikulturalizm siyasətinin Azərbaycanın beynəlxalq imicinin formalaşmasında aparıcı amillərdən biri kimi ölkə diplomatiyasının brendinə çevrildiyini söyləyib.Məruzədə Azərbaycan hökuməti tərəfindən görülmüş işlər barəsində tədbir iştirakçılarına geniş məlumat verilib, Azərbaycanın bu gün multikulturalizm prinsiplərini dəstəkləyən ölkəyə çevrildiyi vurğulanıb.Bildirilib ki, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yalnız hərbi və siyasi mübarizə deyil, eyni zamanda informasiya və mədəniyyət mübarizəsi aparılmalıdır. Bu mənada multikulturalizm sözügedən mübarizənin tərkib hissəsi kimi qəbul oluna bilər. Mədəni mübarizənin tərkib hissəsi olaraq multikulturalizm dövlət siyasətinin strateji istiqaməti kimi qiymətləndirilməlidir.
Tədbirdə Prezident İlham Əliyevin “Multikulturalizm ili” və multikulturalizmlə bağlı səsləndirdiyi fikirlər videoçarx vasitəsilə nümayiş etdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sumqayıt Kimya Sənaye Parkında tütün məmulatları istehsalı fabriki istifadəyə verilib
16.11.2018
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gedib
16.11.2018
Məşğulluq Strategiyası insan kapitalının inkişafında, məşğulluğun təminatında mühüm addımların atılmasına imkan yaradacaq
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info