“Euronews”: “Ermənistan silah gücünə yaratdığı oyuncaq dövləti özü də tanımayıb”
Tarix: 18.05.2016 | Saat: 15:43:00 | E-mail | Çapa göndər


“Euronews” telekanalının saytında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən hazırlanmış məqalə dərc edilib.Məqalədə vurğulanır ki, vətəndaşlarının hərəkətlərini hüquqi qanunlar çərçivəsində tənzimləməyən dövlət mövcud olmadığı kimi, dünya da beynəlxalq hüquq normaları olmadan keçinə bilməz. Beynəlxalq hüququn əsasını isə dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı təşkil edir.Bildirilir ki, ərazi bütövlüyünün pozulması müharibəyə, hərc-mərcliyə və qırğına səbəb olur. Son iyirmi beş ildə biz Cənubi Qafqazda məhz bunları görürük. Beynəlxalq hüququn bu vacib prinsipini təşviq edən və bu prinsipin pozulduğu halda sanksiyalar tətbiq edə bilən beynəlxalq təşkilatın müdaxiləsi zəruridir. Öz qonşuluğunda yerləşən dövlətin torpağını işğal edənlər bunun onlara baha başa gələcəyini bilməlidir.Müəllif Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı dörd (822, 853, 874 və 884), BMT Baş Assambleyasının isə bir qətnamə (62/243) qəbul etdiyini xatırladır. Qeyd olunur ki, qətnamələrdə erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı yeddi rayonun Azərbaycan torpaqları olması ifadə edilib. Bu qətnamələr erməni qəsbkarlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edir.Diqqətə çatdırılır ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi beynəlxalq təşkilatların da eyni mövqeyi təkrarlamasına və dəstəkləməsinə baxmayaraq, BMT-nin mövqeyi münaqişənin həlli üçün kifayət etməlidir.Azərbaycan torpaqlarının işğalına görə Ermənistanın məsuliyyəti Avropa İnsan Haqları Məhkəməsi tərəfindən "Ermənistan tərəfindən Dağlıq Qarabağ və ətraf rayonların üzərində effektiv nəzarət həyata keçirilir" kimi ifadə də təsdiq edilib.
Həmçinin qeyd olunur ki, Ermənistan silah gücünə yaratdığı oyuncaq dövləti bu günədək özü də tanımayıb. Əlbəttə, ermənilərə öz vətənləri olan Ermənistan lazımdır. Bu ölkənin çox zəif iqtisadiyyatı və sayı gündən-günə azalan əhalisi var. Bu, onun işğalçılıq mövqeyindən əl çəkməsi, beynəlxalq yardımlardan asılılığını azaltmaq məqsədilə iqtisadiyyatını gücləndirmək üçün əsasdır.
Məqalədə Azərbaycanda hökm sürən multikultural mühitdən də bəhs edilir. Diqqətə çatdırılır ki, multikultural ölkə olan Azərbaycanda ermənilər hər zaman yaxşı yaşayıb, Dağlıq Qarabağa ən yüksək səviyyəli muxtariyyət təklif olunub. Azərbaycan hökuməti, Azərbaycan xalqı, yüz minlərlə qaçqın və məcburi köçkün ailələri uzun illərdir ki, səbir edir. ATƏT-in Minsk qrupunun problemin həllinə diplomatik yolla nail olmaq üçün çox şansı olub. Qrup Madrid prinsiplərini irəli sürüb. Bu prinsip azərbaycanlıların və ermənilərin yenidən bir yerdə yaşamasını nəzərdə tutur. Azərbaycan bunu qəbul, Ermənistan isə rədd edib. Status-kvo Ermənistanın işğal edilmiş əraziləri əlində saxlamasıdır, münaqişənin həllinə dair danışıqlar isə status-kvonu dəyişə bilər.Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı bəyan edib ki, adambaşına düşən qaçqın və məcburi köçkünlərin sayına görə Azərbaycan dünyada birinci yerdədir. Onlara yüksək qayğı göstərilməsinə baxmayaraq, hər biri öz dədə-baba torpaqlarına qayıtmağa can atır.Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun işğal altındakı torpaqlarda ailə üzvlərinin məzarlarını ziyarət etmək cəhdlərinin Ermənistan tərəfindən zorakılıqla qarşılanmasının qeyd olunduğu məqalədə deyilir ki, onlardan biri öldürülüb, digər ikisi isə ömürlük həbsə məhkum olunub.İşğal edilmiş ərazilərdə ermənilərin qəddar rəftarlarının şahidi olmalarına baxmayaraq, azərbaycanlı qaçqınlar və məcburi köçkünlər əsrlər boyu olduğu kimi, yenə də erməni qonşuları ilə bir yerdə yaşamaq istədiklərini bildirirlər.Monoetnik Ermənistandakı vəziyyətdən fərqli olaraq Azərbaycanda yəhudi, pravoslav, katolik və protestant icmaları birgə sülh şəraitində yaşayırlar.Məqalədə sülhün hələ də mümkün olduğu, lakin bunun suverenlik və ərazi bütövlüyünün toxunulmazlığı prinsipləri üzərində qurulmasının vacibliyi vurğulanır.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info