Mehmanxana və restoran sənayesi sərgilənəcək
Tarix: 04.03.2013 | Saat: 21:35:00 | E-mail | Çapa göndər


Aprelin 4-dən 6-dək Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə Bakıda regionun mehmanxana və restoran sənayesinin yeganə ixtisaslaşdırılmış tədbiri - «HOREX Caucasus 2013» VII Qafqaz Beynəlxalq «Mehmanxanalar, Restoran və Supermarketlər üçün avadanlıq və ləvazimatlar» sərgisi keçiriləcək.
«Iteca Caspian»dan verilən məlumata görə, «HOREX Caucasus 2013» sərgisində mehmanxana və restoran biznesi, eləcə də biznes müəssisələri üçün məhsullarını nümayiş etdirən Azərbaycan, Almaniya, İtaliya, Kanada, Lüksemburq, Türkiyə və Rusiyanın 30-dan çox şirkəti iştirak edəcək. Stendlərdə tekstil dizaynı və müxtəlif növ interyerlər üçün dekorlar üzrə məhsullar, mehmanxanalar üçün kosmetik vasitələr və ətriyyat, beşulduzlu otellərdən tutmuş «fast-food» sistemində fəaliyyət göstərən müəssisələrə qədər müxtəlif profillər üçün peşəkar mətbəxin yaradılması üzrə avadanlıqlar, restoranlar üçün qab-qacaq və şüşə materiallar, təmizlik vasitələri və müasir təmizləmə avadanlıqları, restoranlar şəbəkəsi üçün idarəetmə üzrə proqram təminatı və digər məhsullar nümayiş etdiriləcək. Sərginin ekspozisiyasında supermarketlər üçün alış-veriş arabaları və müxtəlif səbətlər kimi avadanlıqlar da təqdim olunacaq. Sərginin «Hotel, restoran və kafelər üçün içkilər» («HoReCa») bölümündə isə şərab, məşhur brendlərin istehsalı olan çay və qəhvə, eləcə də içməli su növləri nümayiş etdiriləcək. Sərgi regionlardan olan əksər mehmanxanalarının iştirak etdiyi «AITF-2013» Azərbaycan Beynəlxalq «Turizm və səyahət» sərgisi ilə eyni meydançada keçiriləcək. Sərgilərin birlikdə keçirilməsi mehmanxana nümayəndələrinə «HOREX Caucasus 2013» sərgisində nümayiş etdirilən yeni texnologiyalarla birbaşa tanış olmaq üçün imkan yaradacaq. İştirakçılar isə öz stendlərində təqdimatlar və ustad dərsləri («master klass») keçirəcək və burada iştirakçı və ziyarətçilər yeni avadanlıqları bilavasitə istismar şəraitində görə biləcəklər.
NİGAR




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info