Malena Mard: “Azərbaycan qədim və zəngin ənənələri olan ölkədir”
Tarix: 18.05.2016 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


“Avropa İttifaqı Azərbaycanın ən böyük iqtisadi tərəfdaşıdır”.
Bu sözləri Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard ADA Universitetində 2-ci Aİ-Azərbaycan Biznes Forumunda deyib. O bildirib ki, 25 ildir, Aİ-Azərbaycan əməkdaşlığı davam edir: "Bu əlaqələr gündən-günə inkişaf edir. Azərbaycan qədim və zəngin ənənələri olan ölkədir. Azərbaycanda bir sıra iqtisadi islahatlar aparılır. Ölkə iqtisadiyyatını diversifikasiya etmək istiqamətində cəhdlər artır. Bu bazara marağı olan Avropa şirkətləri üçün daha çox imkan yaradır. Avropa İttifaqıölkədə ümumi ticarətin 44 faiz pay sahibidir. Azərbaycana birbaşa xarici investisiyanın ən böyük hissəsini təşkil edir. Aİ islahatların aparılması istiqamətində hökumətin göstərdiyi cəhdləri dəstəkləməyə hazırdır. Bu biznes forum şirkətlər arasında şəbəkələşməni və əlaqələri artıracaq, ticari-iqtisadi əlaqələri daha da dərinləşdirəcək. 300-ə yaxın Avropa şirkəti bu tədbirdə iştirak edir. Ümid edirəm ki, bu təşəbbüslər növbəti illərdə davam edəcək. Azərbaycanla ticarət və iqtisadi əlaqələrin inkişafına daim öz töhfəmizi verməyə hazırıq". 
Tural




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
22.08.2019
Azərbaycan XİN: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz
22.08.2019
Əli Kərimli mərasimləri, məzarlıqları özünün təbliğat tribunasına çevirməyə çalışır
21.08.2019
Əli Kərimlinin hərəkətləri şəhidlərimizə, onların yaxınlarına hörmətsizlikdən başqa bir şey deyil
21.08.2019
Mühacirlərin internet TV-ləri haradan maliyyələşir?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info