“Dindən siyasi məqsədlər üçün istifadə olunur”
Tarix: 18.05.2016 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


"Bu gün din bəzi qüvvələr tərəfindən başqa məqsədlər üçün istifadə edilir. Yalnız İslam dini deyil, başqa dinlərdən də radikal qruplar öz məqsədləri üçün istifadə edirlər". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Azərbaycan Dövlət İdarəçilik Akademiyasında "Fitnə" sənədli filminin təqdimatı zamanı deyib.M.Qurbanl bildirib ki, eyni zamanda dindən siyasi məqsədlər üçün də istifadə olunur: "Ona görə biz dini radikalizmə qarşı mübarizəni bütün vasitələrlə gücləndirməliyik".Komitə sədri bildirib ki, Azərbaycan multikultural dəyərlərin terrorizmə, radikalizmə qarşı bir mübarizə vasitəsi olduğunu bəyan edir.O bildirib ki, xüsusilə İslamda radikal qruplar gəncləri öz təsir dairəsinə salmağa çalışırlar: "Bunun qarşısını almaq üçün ən yaxşı vasitələrdən biri də həmin radikal qrupların təhlükəsini gənclərə çatdırmaqdır. Burada ən yaxşı vasitələrdən biri də sənədli filmlərin çəkilməsidir. Hesab edirik ki, dini radikalizmə qarşı mübarizədə bu cür səndli filmlərin sayını artıraq və radikal qrupların islam dininə nə qədər təhlükə törətdiyini gənclərə çatdıraq".M.Qurbanlı bildirib ki, bu gün hətta bədii filmlərdən ayrı-ayrı qruplar öz maraqları üçün istifadə etməyə çalışırlar: "Bəzən belə filmlərdə tarixi həqiqətlər təhrif edilir, insanlar da bunlara inanır".
Tural




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Əfv sərəncamlarının verilməsi humanizm, əxlaqi və cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır
18.03.2019
Əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
18.03.2019
Millət vəkili: Əfv sərəncamı ümumi ictimai həmrəylik baxımından da əlamətdar hadisəyə çevrildi
17.03.2019
Azərbaycanın xarici işlər naziri Latın Amerikası ölkələrinə səfərə yola düşüb
16.03.2019
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər nazirini qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info