Əli Həsənov Füzuli və Tərtər rayonlarında məcburi köçkünlərlə görüşüb
Tarix: 18.05.2016 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


Dövlətqaçqınkomun sədri Tərtərin Şıxarx kəndində böyük hissəsi ermənilər tərəfindən dağıdılmış “Marağa-150” abidəsinə də baxıb

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Füzuli rayonuna səfəri çərçivəsində on il əvvəl Zobucuqda salınmış qəsəbədə olub, burada məcburi köçkünlərlə görüşüb, onlarla fikir mübadiləsi aparıb. Söhbət zamanı qəsəbə sakinləri heç bir problemlərinin olmadığını, təmiz havası, suyu, qidası olan belə bir ərazidə bütün sosial, texniki infrastruktura malik qəsəbələrin salınmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Onlar işğal altındakı torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanımızın əmri ilə hər an hərbçilərimizlə bir yerdə olacaqlarını vurğulayıblar.
Baş nazirin müavini Füzuli rayonunda məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrə baxış keçirərkən bütün ərazilərdə taxıl zəmilərində becərmə işlərinin aparıldığının, yolların kənarında yaşıllıq sahələrinin salındığının, minlərlə çinar ağacının əkildiyinin şahidi olduğunu deyib.
Tərtərə səfəri zamanı isə Baş nazirin müavini Əli Həsənov rayonun Şıxarx kəndində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb, o cümlədən Laçın rayonundan məcburi köçkün 82 yaşlı Əvəz Mikayılovun evinə baş çəkib və onunla ətraflı söhbət edib. Əvəz Mikayılov bu gün oğlanlarının və hətta yaşının çox olmasına baxmayaraq özünün də döyüşə getməyə hazır olduğunu deyib.
Şıxarx kəndində olarkən Əli Həsənov böyük hissəsi ermənilər tərəfindən dağıdılmış “Marağa-150” abidəsinə də baxıb. Ermənilərin Qarabağa köçürülməsini sübut edən çoxsaylı mənbələrdən biri də “Marağa–150” abidəsidir. Bu abidə Rusiya ilə İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin İran Marağasından Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə ermənilərin özləri tərəfindən 1978-ci ildə inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa–150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Erməni məkrini və yalanını ifşa etmək üçün tutarlı vasitə olan abidə mühüm siyasi əhəmiyyətə malikdir.
Baş nazirin müavini Əli Həsənov abidənin tezliklə bərpa olunmasının, ölkəmizə səfər edən insanlara, xarici mətbuat nümayəndələrinə göstərilməsinin vacibliyini bildirib. O, bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcəyini qeyd edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Tikinti mühəndisi vəzifəsinə işçi axtarılır
24.05.2019
“Gilan Holding“ işçi axtarır
24.05.2019
Bank mütəxəssis axtarır
24.05.2019
Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa edilən 96 mənzilli yaşayış binasında son tamamlama işləri aparılır
23.05.2019
Qubada Qarabağ müharibəsi əlilləri üçün tikilən bina rabitə xidmətləri ilə təmin olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info