Naxçıvanda yaşayış ərazilərinin 80 faizi internetlə təmin edilib
Tarix: 04.03.2013 | Saat: 21:36:00 | E-mail | Çapa göndər


Bu ilin əvvəlinə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında hər 100 ailəyə düşən sabit telefonların sayı 66-ya çatıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, hazırda Naxçıvanın mövcud telekommunikasiya şəbəkəsinin 87,3%-i optik şəbəkəyə birləşdirilib.
Optik şəbəkənin genişləndirilməsi evlərə də optik kabelin çəkilməsinə imkan verib, ötən ilin avqust ayından etibarən Naxçıvan şəhərində «Evədək optika» layihəsinin icrasına başlanılıb. Bununla yanaşı, telekommunikasiya əlaqələrinin alternativliyinin təmin edilməsi məqsədilə Naxçıvan-Türkiyə-Gürcüstan-Bakı istiqamətində optik kabel üzərindən rabitə kanalları yaradılıb, Naxçıvan-İran-Bakı istiqamətində yeni STM-16 səviyyəli telekommunikasiya əlaqələri təşkil edilib. Eyni zamanda, muxtar respublikaya daxil olan internetin sürəti artırılıb, ümumtəhsil məktəblərində quraşdırılan kompüterlərin 83%-i internetə qoşulub, internet xidmətlərinin tarifləri aşağı salınıb. Hazırda Naxçıvan Muxtar Respublikasının yaşayış ərazilərinin 80%-də simsiz internet, 58%-də isə genişzolaqlı internet xidmətləri göstərilir.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info