Yeni tikilmiş “Xankəndi” gəmisi Bakı Gəmiqayırma Zavodunda suya endirilib
Tarix: 18.05.2016 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


“Xankəndi” yeni sualtı tikinti gəmisi (STG) Bakı Gəmiqayırma Zavodunun yanalma körpüsündə suya endirilib.BP-nin Bakı ofisinin mətbuat xidmətindən  bildirilib ki, bu gəmi məxsusi olaraq nəhəng “Şahdəniz Mərhələ 2” işlənmə layihəsinin sualtı qurğularını quraşdırmaq üçün layihələndirilib və inşa edilib.Bundan əvvəl gəminin iki iri gövdə seksiyası təhlükəsiz şəkildə Sinqapurdan Bakıya gətirilib və Bakı Gəmiqayırma Zavodunda inşası başa çatmış burun hissəsi ilə uğurla birləşdirilib. Gəminin tikintisi hazırda 80 faiz başa çatıb. Bütövlükdə isə gəminin inşası 2017-ci ilin aprel ayında “Şahdəniz Mərhələ 2” layihəsi üzrə sualtı quraşdırma işlərinin başlanacağı vaxtadək hazır olmaq üçün plan üzrə irəliləyir. O vaxtadək “Xankəndi” qalan tikinti işlərinin başa çatması və istismar sınaqlarının aparılması üçün gəmiqayırma zavodunun yanalma körpüsündə qalacaq.
“Xankəndi” gəmisinin Bakı Gəmiqayırma Zavodunun yanalma körpüsündə suya endirilməsi “Şahdəniz Mərhələ 2” layihəsi tərəfindən atılmış mühüm bir addımdır. Şahdəniz konsorsiumu “Xankəndi” gəmisinin inşasında iştirakından qürur duyur, çünki bu gəmi təkcə Azərbaycanın deyil, bütövlükdə Xəzərin gəmiçilik tarixində yeni bir eranın başlanğıcıdır. Xəzər dənizindəki neft və qaz donanmasının yeni texnologiyalı ən müasir gəmisi olacaq “Xankəndi” suyun dərinliyi 550 metrədək olan hissələrdə Xəzərdə ilk dəfə dünya səviyyəli sualtı qurğular inşa etmək üçün layihələndirilmişdir. Gəminin inşası tamamlandıqdan və istismar sınaqları bitdikdən sonra “Xankəndi” Şahdəniz yatağı sahəsinə aparılacaq və orada Mərhələ 2 işlənməsi layihəsi üçün sualtı quraşdırma işlərinə başlayacaq”, - deyə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell vurğulayıb.
“Xankəndi” gəmisi 2017–2027-ci illər arasında 11 il ərzində “Şahdəniz Mərhələ 2” layihəsinin sualtı quraşdırma işlərində istifadə ediləcək. 378 milyon dollar dəyərində olan “Xankəndi” DNV GL-in (Norveç və Almaniya) təsnifat nəzarəti altında tikilmiş unikal bir gəmidir. Onun uzunluğu 155 metr, eni 32 metr, əsas göyərtəsi isə 13 metrdir. Gəminin 2,5 metr hündürlüyündə böyük dalğalarda (Hs) fəaliyyət göstərə bilmək üçün dinamik mövqeləndirmə sistemi, 600 metrədək sualtı əməliyyatlar aparmaq üçün 900 metrik tonluq əsas kranı, iki ədəd 18 nəfərlik dalğıc kapsulu sistemi, iki ədəd məsafədən idarə olunan aparatı, möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası, 6 ədəd 4,4 meqavat və 2 ədəd 3,2meqavat gücündə generatoru olan iki mühərrik bölməsi olacaq. Onun ümumi çəkisi 17 min 600 tondur və suya oturumu 6,5 metr olmaqla daşıma gücü 5 min metrik ton təşkil edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Məşğulluq Strategiyası insan kapitalının inkişafında, məşğulluğun təminatında mühüm addımların atılmasına imkan yaradacaq
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info