Vergi qanunvericiliyində ayrı-ayrı sahələrin inkişafı üçün kifayət qədər güzəştlər mövcuddur
Tarix: 18.05.2016 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


Ölkədə yaranmış yeni iqtisadi şəraitə və Prezident İlham Əliyevin göstərişlərinə uyğun olaraq, biznes mühitinin daha da yaxşılaşdırılması üçün həm qanunvericilik səviyyəsində, həm də vergi inzibatçılığında geniş islahatlar həyata keçirilir, ölkədə sahibkarlığın inkişafına yönəldilmiş konkret addımlar atılır.
Bu fikirlər mayın 18-də Vergilər Nazirliyində keçirilən mətbuat konfransında səsləndirilib.
Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, sahibkarlıq subyektlərində dövlət qurumları tərəfindən aparılan bütün yoxlamalar və nəzarət tədbirləri vergi yoxlamaları istisna olmaqla, 3 il müddətinə dayandırılıb, sahibkarlığın inkişafına əngəl yaradan halların aradan qaldırılması, dövlət orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, şəffaflığın təmin edilməsi istiqamətində tədbirlər həyata keçirilib.
Nəzərə çatdırılıb ki, Vergilər Nazirliyi də öz səlahiyyətləri çərçivəsində kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları və üç istiqamət (əmək müqavilələrinin bağlanması, aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması) istisna olmaqla əksər operativ nəzarət tədbirlərini dayandırıb.
Ötən ilin 4 ayına nisbətən cari ilin müvafiq dövründə səyyar vergi yoxlamalarının sayı 45,1 faiz, kameral vergi yoxlamaları təxminən 2,5 dəfə, operativ nəzarət tədbirlərinin sayı isə 13 dəfə azaldılıb. Cari ilin əvvəllərində vergi qanunvericiliyinə edilmiş dəyişikliklərlə ölkədə vergi yükü azaldılıb, vergi inzibatçılığının çevikliyi təmin edilib. Bütün bunlar biznes mühitinin səmərəliliyinə, vergi ödəyicilərindən daxil olan şikayətlərin azalmasına, sahibkarların rahat fəaliyyət göstərməsinə, vergi daxilolmaları üzrə proqnoz tapşırıqlarının icrasının təmin edilməsinə öz müsbət təsirini göstərib. Nazir müavini qeyd edib ki, 2016-cı ilin yanvar-aprel ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 milyard 204 milyon 972,7 min manat vəsait daxil olub, proqnoz tapşırığına 104,8 faiz əməl edilib.
Bununla yanaşı, nəzarət tədbirlərinin sayının azaldılmasından sui-istifadə edərək biznes subyektlərinin uçot-hesabat işlərində qeyri-şəffaflığa, dövriyyənin gizlədilməsinə, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb edilməsinə, saxta aksizli əmtəələrin satışının təşkili və s. kimi qanun pozuntularına yol verilməsi hallarının sayı hələ çox olduğunu diqqətə çatdıran Sahib Ələkbərov cari ilin ötən dövrü ərzində keçirilmiş xronometraj müşahidələr nəticəsində, habelə məsafədən məlumat ötürmə qurğuları quraşdırılmış bir sıra iri ticarət obyektlərində ticarət dövriyyəsinin dəfələrlə, hətta bəzən 10 dəfədən də çox azaldıldığının aşkar edildiyini bildirib. O, belə vergi ödəyicilərinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş inzibati tədbirlərin görüldüyünü, həmin tədbirlərin bundan sonra da davam etdiriləcəyini və vergi qanunvericiliynə əməl etməyənlərə qarşı daha sərt tədbirlər görüləcəyini vurğulayıb.
Son günlər mətbuatda iri ticarət şəbəkələrinin sahiblərinin hökumətdən əlavə dəyər vergisi ilə bağlı güzəşt istəməsi məsələsinə toxunan nazir müavini deyib ki, həm yerli, həm də beynəlxalq ekspertlərin mövqeyinə əsasən, Azərbaycanda ƏDV-nin dərəcəsi ölkədəki iqtisadi reallıqlara, Avropa və MDB ölkələrindəki dərəcələrə tam uyğundur.
Nazir müavini ƏDV-nin ümumi vergi daxilolmalarının təxminən üçdə birini təşkil etdiyini, bu vergiyə münasibətdə güzəştlərin tətbiqinin büdcə gəlirlərinə ciddi təsir göstərə biləcəyini, beynəlxalq təcrübədə bu cür vergi güzəştlərinin, bir qayda olaraq, dövlətin inkişafını xüsusi nəzarətə götürdüyü istehsal, innovativ inkişaf və geniş investisiya qoyuluşu tələb edən sahələrin dəstəklənməsi, eləcə də ayrı-ayrı regionların və iqtisadiyyatın bir çox sahələrinin inkişafını təmin etmək məqsədilə tətbiq olunduğunu nəzərə çatdırıb. “Populist çıxışlarla bu məsələdən bir təzyiq vasitəsi kimi istifadə etməyə cəhd göstərənlər isə bilməlidirlər ki, vergi güzəştləri kiminsə istəyi, xahişi ilə deyil, dövlətin həyata keçirdiyi iqtisadi siyasətə uyğun olaraq, aidiyyəti dövlət qurumlarının ölçülüb-biçilmiş konkret iqtisadi hesablamalarına əsaslanan təhlillər nəticəsində, müəyyən müddətə verilir”.
Vergi qanunvericiliyində ayrı-ayrı sahələrin inkişafı üçün kifayət qədər güzəştlərin mövcud olduğunu söyləyən nazir müavini indiki mərhələdə ayrı-ayrı ticarət şəbəkələrinə ƏDV ilə bağlı vergi güzəştlərinin verilməsinin məqbul hesab olunmadığını diqqətə çatdırıb.
Sonra nazirliyin rəhbər vəzifəli şəxsləri KİV nümayəndələrinin çoxsaylı suallarını cavablandırıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info