“Caspian Agro-2016”da  Kənd Təsərrüfatı Nazirliyi elektron xidmətlər göstərəcək
Tarix: 18.05.2016 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


Mayın 19-dan 21-dək Bakı Ekspo Mərkəzində keçiriləcək “Caspian Agro-2016” Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisində Kənd Təsərrüfatı Nazirliyi bir sıra yenilikləri ilə yanaşı, sərgi iştirakçılarına elektron kənd təsərrüfatı xidmətlərindən istifadə qaydalarını da nümayiş etdirəcək.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazirliyin müvafiq informasiya sistemləri və elektron xidmətləri – Subsidiya və siyasətə dair informasiya sistemi, Aqrolizinq informasiya sistemi, kənd təsərrüfatı texnikalarının və sürücülük vəsiqələrinin qeydiyyatı sistemləri sərgi müddətində fermerlərə xidmət göstərəcək.
Kənd təsərrüfatı ilə məşğul olan şəxslər fermerlərin reyestrində qeydiyyatdan keçmək, kənd təsərrüfatı texnikasının, cins heyvanların, subsidiyaların alınması üçün onlayn xidmətlər, kənd təsərrüfatı texnikasının qeydiyyatı, sürücülük vəsiqəsinin alınması və dəyişdirilməsi xidmətlərindən istifadə edə biləcəklər.
Nazirliyin stendində kənd təsərrüfatlı təyinatlı torpaqların coğrafi məlumatlar bazası əsasında hər bir rayon üzrə torpaqların təyinatına və məqsədli istifadə növünə görə bölgüsü üzrə rəqəmsal xəritə vizualizasiyası, torpaqlar üzrə statistik məlumatlar, yeni ortofotoxəritələrin yaradılması layihəsi haqqında təqdimatlar və ətraflı məlumatlar bütün sərgi iştirakçılarına nümayiş etdiriləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info