Artım 5,1 faiz olacaq
Tarix: 04.03.2013 | Saat: 21:43:00 | E-mail | Çapa göndər


Raca Almarzoqinin rəhbərlik etdiyi Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyası İqtisadi İnkişaf Nazirliyində olub, nazir Şahin Mustafayevlə görüşüb. Nazirliyin saytının yaydığı məlumata görə, iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan iqtisadiyyatında aparılan islahatlar, 2012-ci ilin yekunları üzrə makroiqtisadi vəziyyət, son illərin inkişaf meyilləri, 2013-2017-ci illərdə Azərbaycanın əsas makroiqtisadi proqnozları barədə məlumat verib.
Missiya üzvlərinə bildirilib ki, 2013-2017-ci illər ərzində iqtisadi artım orta hesabla 5,1 faiz, o cümlədən qeyri-neft sektorunda 8 faiz proqnozlaşdırılır. Bu dövrdə orta illik inflyasiya 4,4 faiz təşkil edəcək. BVF-in Azərbaycan üzrə missiyası ilə görüşdə 2013-cü il üçün makroiqtisadi çərçivə, qeyri-neft sektorunun, xüsusilə özəl bölmənin inkişafı tədbirləri və s. məsələlər müzakirə edilib. Görüşdə həmçinin missiya üzvlərinin sualları cavablandırılıb, gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Aksam.com.tr”: “TANAP və TAP Yunanıstan sərhədində birləşdi”
21.11.2018
SOCAR “Türkmənistan-2018: neft və qaz” sərgisində iştirak edir
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info