“Rəsmi İrəvan tərəfindən verilən açıqlamalar yenə də təxribatçı xarakter daşıyır”
Tarix: 18.05.2016 | Saat: 21:09:00 | E-mail | Çapa göndər


“16 mart 2016-cı il tarixində ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Vyanada keçirilmiş görüşdən sonra rəsmi İrəvan tərəfindən verilən açıqlamalar yenə də təxribatçı xarakter daşıyır və münaqişənin əsl mahiyyətinin təhrif olunmasına xidmət edir”.
Bunu Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Avropa Şurası Nazirlər Komitəsinin Sofiya sessiyasındakı çıxışını şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. 
O bildirib ki, bu gün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən çox təhlükəli olan mövcud “status-kvo”nun qəbuledilməzliyi vurğulanır və dəyişdirilməsi zərurətinə dair çağırışlar edilir: “Təəssüf ki, münaqişənin həlli prosesində konstruktivlik nümayiş etdirmək əvəzinə Ermənistan xarici işlər naziri yenə də bu kimi çıxışları ilə hər vəchlə “status-kvo”nun saxlanmasına xidmət edən şərait yaratmağa cəhd edir. Əgər o bunu ölkəsinin prezidentinin təlimatı ilə həyata keçirirsə, bu çox təhlükəli yoldur və vəziyyətin dramatik şəkil almasına xidmət edə bilər. ATƏTMinsk qrupunun həmsədrləri bunu qeydə almalıdırlar”.
 H. Hacıyevin sözlərinə görə, korrupsiyalaşmış hərbi diktatura rejimini təmsil edən E. Nalbandyanın “Demokratik təhlükəsizlik” və ya “Demokratik Sülh” konsepsiyasından danışması yalnız istehza və gülünc doğurur: “Öz vətəndaşlarının odlu silahla kütləvi qırğınını həyata keçirən Ermənistan rejiminin insan hüquqları və demokratiyadan danışmağa mənəvi, siyasi və hüquqi haqqı yoxdur. 2 aprel tarixindən başlayaraq Ermənistan qoşunlarının təmas xəttində törətdiyi hərbi avantüra bir daha sübut etdi ki,  Ermənistan rejimi bütün region üçün ciddi təhlükə mənbəyidir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info