SOCAR və “Uzbekneftegaz“ arasında Anlaşma Memorandumu imzalanıb
Tarix: 18.05.2016 | Saat: 21:31:00 | E-mail | Çapa göndər


SOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Daşkənddə 20-ci Özbəkistan Neft-Qaz yubiley sərgi-konfransının açılışında iştirak edib. 
SOCAR-dan verilən məlumata görə, 26 ölkədən 200-dən çox şirkətin qatıldığı sərgidə dünyanın nüfuzlu enerji qurumları sırasında SOCAR da təmsil olunur. Şirkətin prezidenti R. Abdullayev sərgi çərçivəsində bir sıra rəsmi görüşlər keçirib. 
Tədbirdə iştirak edən Bolqarıstanın baş naziri Boyko Borisovla görüşdə Daşkəndə Salonikidən gəldiyini bildirən R. Abdullayev Trans-Adriatik boru kəmərinin (TAP) inşasına başlanılmasının Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında mühüm addım olduğunu söyləyib. B. Borisov TAP layihəsinin əhəmiyyətini vurğulayaraq, səhmdarlara, o cümlədən SOCAR-a uğurlar arzulayıb.
Özbəkistan Baş nazirinin birinci müavini Gulomjon İbragimov və “Uzbekneftegaz” Milli Holdinq Şirkəti İdarə Heyətinin sədri Alişer Sultanovla keçirilən görüşlərdə Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişaf etdiyi qeyd olunub, enerji sektorunda əlaqələrin genişləndirilməsi perspektivləri, habelə tərəfləri maraqlandıran digər məsələlər haqqında ətraflı fikir mübadiləsi aparılıb. Özbəkistan nümayəndələri ilə görüşlər zamanı SOCAR və “Uzbekneftegaz” şirkətləri arasında potensial əməkdaşlıq imkanları dəyərləndirilib. Tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə istəklərini bəyan edib və bu istiqamətdə konkret fəaliyyət məsələlərini nəzərdən keçiriblər. 
Səfər çərçivəsində SOCAR-ın prezidenti R. Abdullayev və “Uzbekneftegaz” Milli Holdinq Şirkəti İdarə Heyətinin sədri A. Sultanov tərəfindən iki şirkət arasında əməkdaşlığın əsasını qoyan Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Memorandum şirkətlər arasında neft-qaz yataqlarının kəşfiyyatı, işlənilməsi və enerji sektorunun inkişafı üzrə digər potensial əməkdaşlıq sferalarını əhatə edir.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiqlənib
22.02.2019
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
22.02.2019
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22.02.2019
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub
22.02.2019
“Xocalıya ədalət“: İsraildə soyqırımı qurbanlarının anım günü keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info