Almaniya ilə əməkdaşlıq ediləcək
Tarix: 04.03.2013 | Saat: 21:45:00 | E-mail | Çapa göndər


Müsabiqə yoli ilə özəlləşdirilmiş müəssisələrə 982 milyon dollar investisiya yatırılıb

Əmlak Məsələləri Dövlət Komitəsi və Almaniya Federal Maliyyə Nazirliyi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Komitədən verilən məlumata görə, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi, daşınmaz əmlakın dövlət reyestrinin və vahid kadastrının aparılması sahələrində beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə müxtəlif ölkələrin müvafiq qurumları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir: «Digər Avropa ölkələri ilə yanaşı, Almaniyanın özəlləşdirmə və dövlət əmlakının idarə edilməsi sahəsində əldə etdiyi zəngin təcrübə ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması üçün əhəmiyyət daşıyır. Bu baxımdan, Berlində Komitə və Almaniya Federal Maliyyə Nazirliyi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədi Azərbaycan tərəfindən Komitənin sədri Kərəm Həsənov, Almaniya tərəfindən isə sözügedən nazirliyin Federal Əmlakın İdarə Olunması və Özəlləşdirilməsi Qurumunun baş direktoru Bruno Kahl imzalayıblar». Anlaşma memorandumunda dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi ilə bağlı qanunvericilik sahəsində qarşılıqlı yardım, təcrübə və məlumat mübadiləsi, qarşılıqlı səfərlərin təşkili, məsləhət xidmətlərinin göstərilməsi, investorların özəlləşdirmə prosesinə cəlb edilməsi və tərəflər üçün qarşılıqlı maraq kəsb edən digər məsələlər əməkdaşlıq istiqamətləri kimi müəyyən edilib. İmzalanma mərasimindən sonra anlaşma memorandumu ilə nəzərdə tutulan əməkdaşlıq əlaqələrinin həyata keçirilməsinə dair müzakirələr aparılıb. Danışıqlar zamanı K.Həsənov Azərbaycanın son illər ərzində əldə etdiyi nailiyyətlərdən, həyata keçirilən iqtisadi islahatlardan söhbət açıb, dünyada gedən qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatının yüksək templərlə inkişafı barədə məlumat verib. Eyni zamanda, komitə sədri regionların inkişafı, işsizliyin aradan qaldırılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində böyük nailiyyətlər qazanıldığını vurğulayıb və qeyd edib ki, ölkənin hazırkı inkişaf mərhələsində həyata keçirilən özəlləşdirmə prosesi iqtisadi yüksəlişdə bir vasitə rolunu oynayır: «1995-ci ildən başlamış və indiyədək davam edən özəlləşdirmə prosesi nəticəsində Azərbaycanda kimya, maşınqayırma, tikinti, nəqliyyat, rabitə, ticarət, xidmət, eləcə də bank sektoruna və bir sıra digər sahələrə aid müəssisələr özəlləşdirilib. Bu illər ərzində 45 mindən çox kiçik müəssisə və obyekt xüsusi mülkiyyətə verilib, 1 600-dən artıq orta və iri müəssisə səhmdar cəmiyyətinə çevrilib. Yalnız investisiya müsabiqələri yolu ilə özəlləşdirilmiş müəssisələrə investorlar tərəfindən 982 mln. ABŞ dolları məbləğində investisiya yatırılıb. Dövlət əmlakının özəlləşdirilməsi prosesində 530 min nəfərdən çox insanı əhatə edən mülkiyyətçilər təbəqəsi formalaşıb. Ümumilikdə götürdükdə, 1,5 mln-dan artıq vətəndaş özəlləşdirmədən bu və ya digər formada bəhrələnib».




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info