“Yle”: “Bütün Rusiya məktəblərində dərnəklər təşkil olunur”
Tarix: 19.05.2016 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Finlandiyanın “Yle” media qurumu Rusiya məktəblərində keçirilən dərnəklərlə bağlı müsbət təcrübədən yazıb: “Dərnəklər, demək olar ki, bütün Rusiya məktəblərində təşkil olunur. Uşaq öz məktəbinə getdiyi kimi, bu dərnəklərə də rahatca gedə bilər. Valideynlər və müəllimlər hesab edir ki, uşaqlar məktəbdə dərslər bitəndən sonra təkcə evdə qalmaqla kifayətlənməməlidir. Bundan başqa, onlar hesab edirlər ki, dərnəklər uşaqlara həyatda uğur qazanmaq üçün yaxşı baza verir. Moskva mərkəzinin cənub hissəsində, Lomonosov prospektində 2086 saylı məktəb şəhərdəki ən böyük məktəblərdən biridir. Orada 2 mindən çox uşaq oxuyur.
Məktəbdə unikal semestr sistemi fəaliyyət göstərir. Bu isə bütün il boyu məktəblilərə məktəbə getməyə şərait yaradır.
Valideynlərlə birlikdə məktəbdə belə bir qərar qəbul edilib ki, uşaqlar 5 həftə dərsə getsinlər, bir həftə isə dincəlsinlər. Beləliklə, məktəb bütün il boyunca işləyir. Bu isə hamısı deyil: məktəbə tətillərdə də gəlmək olar - yalnız dərnəklərə qatılmaq üçün.
Yayda məktəbdə düşərgə təşkil edilir, bundan başqa, mədəniyyət obyektlərinə, şəhərə və təbiətə ekskursiyalar təşkil edilir.
Hazırda məktəbdə tətil olduğuna baxmayaraq, modelləşdirmə dərnəyində təkcə bircə boş yer var. İş mövzusu - tamamilə vətənpərvər və hərbidir.
Məktəblilərin bu dərnəklərdə həm də yaxşı komandası formalaşır, onlar komandada işləmək vərdişi qazanırlar, həmçinin bir-birilərinə hörmət etməyi öyrənirlər. Bu cür bacarıqlar isə Rusiyada yaxşı qiymətləndirilir. Müəllimlər hansısa şagirdin heç bir dərnəyə yazılmadığını öyrəndikdə, tez onun valideynləri ilə əlaqə yaradırlar və bunu problem kimi müzakirə edirlər. Belə bir ümumi yanaşma var ki, hər kəs ən azı bir dərnəkdə təmsil olunmalıdır.
Məktəbdə 50-dən çox dərnək fəaliyyət göstəir.
Yazıda o da qeyd edilir ki, müəllimlər də dərnəklərdə çox həvəsli görünür: “Burada idman, dil, musiqi, incəsənət, təbiətə səyahətlə bağlı dərnəkləri seçmək olar. Dərnəkləri həm məktəbin müəllimləri, həm də dəvət edilmiş mütəxəssislər aparır. Teatr dərnəyini peşəkar aktyor, robotların yığılması ilə bağlı dərnəyi isə mühəndis-müəllim aparır.
Robotların yığılması ilə bağlı dərnəkdə hazır konstruksiyalar kompüter proqramlarının köməyilə idarə edilir. Uşaqlar özləri proqramları layihələndirir və modelləri yığırlar. Məktəblilər kəşflər üzrə yarışlarda çoxlu hədiyyələr qazanırlar. Robot yığmaq asan deyil və ən zəif məktəblilər çox ağır konstruksiyaları yığa bilməzlər. Yaxud da heç də uşaqların hamısı çertyojla yaxşı bacarmır, ya da idman nailiyyətləri ilə heç də hamısı öyünə bilməz. Müəllimlər vacib sayır ki, uşaqlar özlərində nəsə alındığını hiss etsinlər. Ona görə də onlar hər bir uşağa uyğun tapşırıqlar verirlər.
Hər bir dərnəyə görə qismən ödəmək lazımdır, amma valideynləri ödəmək qabiliyyətində olmayan uşaqlar üçün də dərnəklər var”.
Rasim Babalı




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info