Almaniya Rusiyanı “təcavüzkar“ kimi görmək istəmir
Tarix: 19.05.2016 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


«Almaniya dövləti hər vəchlə «Moskvanın hərbi cavab təhlükəsi»ndən qaçmağa çalışaraq , bu yöndə "münaqişədə vasitəçi» rolunda çıxış etməyə çalışır». Bu fikirləri «Wall Street Journal» nəşrinin icmalçısı Con Vinokur yazır.
Siyasi icmalçının fikrincə, bütün bunlara baxmayaraq NATO Rusiyanı «təcavüzkar» kimi təqdim etməkdən hələ də yorulmayıb.
«Bundan əlavə, aparılan sorğulara görə, almanlar Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi qadağaların təsdiqinə o qədər də rəğbət göstərmirlər. Həmçinin, rusların Polşa və Baltikyanı ölkələrinə «hücum edəcəkləri» təqdirdə, bu ölkələrə yardım etməyi də qəbul etmirlər». Bunlar da Vinokurun fikirləridir. Nəşr onu da bildirir ki, növbəti yeddi il ərzində Almaniyanın hərbi qüvvələrin sayını 7 min nəfər artırmaq qərarı, əslində Rusiyaya qarşı «əsas hərbi məsələ» tətbiqi anlayışına gəlməməlidir.
«Almaniyanın Müdafiə Nazirliyi bu gün də Rusiyanı «təcavüzkar» kimi çağırmaqdan qaçır. Bununla belə, ölkənin müdafiə naziri Ursula fon der Lyaen bu günlərdə alman ordusunun «kiçik bir miqyasda» genişləndirməsi barədə fikirlər səsləndirir. Beləliklə, bir tərəfdən NATO rəsmiləri "Rusiya təcavüzü" anlamına cavab gözlədikləri halda, digər tərəf kimi Almaniya ardıcıl olaraq Rusiyanın «təcavüzkar» kimi təqdim edilməsindən imtina edir.
Con Vinokura görə, bu yanaşma, əslində "münaqişə vasitəçi"si kimi reallıqdan çox uzaqdır. Belə görünür ki, Berlinin "açıq bir hərbi-siyasi strategiyası" mövcud deyil və bu ölkə "güclü beynəlxalq mövqeyini" nümayiş etdirmək istəmir. Məqalə müəllifi Anqela Merkelin 10 illik kanslerliyi dövründə hərbi gücdən istifadə deyil, "Rusiyaya qarşı diplomatiyanı mühüm element" kimi önə çəkməsindən narazılıq ifadə edir. Vinokuru Rusiyanın Kalininqrad vilayətinə "İsgəndər" raket sistemlərinin yerləşdirməsinə qarşı Almaniyanın heç bir etiraz tədbirləri görməməsi, bunu «Kremlin növbəti təhdidi» kimi dəyərləndirməmələri də təəccübləndirir. Məqalə müəllifinin təəccübünə səbəb olan nüanslardan biri də budur ki, Almaniyada keçirilən rəy sorğusunda ölkə əhalisinin 56 faizi Rusiyanı "hərbi təcavüzkar» kimi görmürlər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info