Laçınlılar doğma torpaqlarına qayıdacaqlarına əmindirlər
Tarix: 19.05.2016 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Laçınlı məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 24-cü ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilib.
Rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranlar Taxtakörpü qəsəbəsində şəhidlərin xatirə kompleksi önünə əklil və gül dəstələri qoyaraq, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsini yad ediblər.
Laçın Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Aqil Nəzərli çıxış edərək, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən, mühüm strateji əhəmiyyətə malik Laçın rayonunun işğalının ağır nəticələrindən danışıb. Bildirib ki, işğal nəticəsində rayonunun 1 şəhəri, 1 qəsəbəsi, 125 kəndi, 13 min 745 yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə, 462 ticarət, 96 məişət, 30 rabitə müəssisəsi, 250-dən çox 54 tarixi və dini abidə talan edilərək dağıdılıb. Əhalinin şəxsi təsərrüfatında olan 25 min baş iribuynuzlu, 200 min başdan çox xırdabuynuzlu heyvan və minlərlə arı ailəsi qarət edilib. Rayona ümumilikdə 7,1 milyard ABŞ dolları həcmində ziyan dəyib.
İşğal nəticəsində 60 minə yaxın laçınlı öz doğma torpağından didərgin düşərək məcburi köçkün kimi respublikanın 59 şəhər və rayonunda məskunlaşıb. Qarabağ müharibəsində 267 nəfər laçınlı şəhid olub, 66 nəfər girov götürülüb. Torpaqlarımızın müdafiəsində xüsusi şücaət göstərmiş laçınlılardan 5 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Tədbirdə çıxış edənlər 24 il əvvəlki acı hadisələri xatırladıb, erməni faşizminin xalqımıza qarşı törətdikləri cinayətləri insanlığa sığmayan vəhşilik adlandırıblar. Ata-baba yurdlarını bir an belə unutmadıqlarını deyən laçınlılar dövlət başçısı İlham Əliyevin münaqişənin həlli ilə bağlı apardığı siyasəti dəstəklədiklərini bildirib, işğal altındakı bütün torpaqlarımızın, o cümlədən Laçın rayonunun azad olunacağına əminliklərini ifadə ediblər.
Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info