Latviya Seyminin spikeri: “Azərbaycan Cənubi Qafqazda mühüm tərəfdaşdır”
Tarix: 19.05.2016 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Latviya Seymində spiker İnara Murniyetse Azərbaycanın latviyadakı səfiri Cavanşir Axundovla görüşüb. Görüşdə Seymin spikeri qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda Latviyanın mühüm tərəfdaşıdır. İki dövlət arasında konstruktiv siyasi dialoq tənzimlənib, belə bir dialoqu parlament səviyyəsində də inkişaf etdirmək lazımdır.
Səfir Cavanşir Axundov ticari-iqtisadi sahədə əlaqələri dərinləşdirməyin və genişləndirməyin, işgüzar əlaqələrin daha da fəallaşdırılmasının və qarşılıqlı fəaliyyətin səmərəli formalarının axtarılıb tapılmasının zəruriliyini vurğulayıb. Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində dəyişməz mövqe tutduğuna görə Latviya hökumətinə təşəkkürünü bildirib. O, Dağlıq Qarabağ münaqişəsi zonasında yaranmış vəziyyətlə əlaqədar Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada keçirilmiş görüşləri barədə məlumat verib. İ.Murniyetse vurğulayıb ki, Latviya Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimləməsinin tərəfdarıdır. Spiker İ.Murniyetse bildirib ki, nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi, o cümlədən Azərbaycanın Riqada investisiya layihələrinin həyata keçirilməsinə cəlb edilməsi Latviyanın maraqlarına uyğundur. Yeyinti sənayesi, kənd təsərrüfatı, kimya və maşınqayırma sahələrində əməkdaşlığın perspektivləri qeyd edilib. İnara Murniyetse Azərbaycan gənclərinin Latviyada təhsil almasından məmnun olduğunu bildirib. Keçən dərs ilində bu ölkənin ali məktəblərində Azərbaycandan olan 143 tələbə təhsil alıb. Səfir C.Axundov deyib ki, latviyalı tələbələr “şərqşünaslıq” ixtisası üzrə təhsillərini Azərbaycanda davam etdirə bilərlər. Bundan əlavə, onlar təkcə ölkəmizdə deyil, bütün regionda ən yaxşı ali məktəblərdən biri olan "ADA" Universitetində diplomatiya və beynəlxalq münasibətlər ixtisasları üzrə də təhsillərini davam etdirə bilıərlər. Latviya Seyminin spikeri İnara Murniyetse “Azəri” cəmiyyətinin Latviyanın sosial, mədəni və iqtisadi həyatında fəal iştirakını xüsusi qeyd edib. Seymin spikeri Transanadolu və Transadriatik Boru kəmərlərinin tikintisi mərhələləri ilə maraqlanıb. Səfir C. Axundov bildirib ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq bu qaz kəmərlərinin tikintisi ilə bağlı işlər cədvəli qabaqlamaqla həyata keçirilir.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info