Region gəncləri arasında radikalizmə qarşı seminarlar keçiriləcək
Tarix: 19.05.2016 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


Mayın 18-də Beynəlxalq Mətbuat Mərkəzində Gənc Politoloqlar Mərkəzi “Region gəncləri arasında dini radikallıq və ekstremizmə qarşı maarifləndirmə” layihəsi çərçivəsində konfrans keçirdi.
Gənc Politoloqlar Mərkəzinin sədri İlkin Əliyev bildirdi ki, layihə Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir: “Müasir cəmiyyətdə dinin insanların həyatında, xüsusilə gənclərin tərbiyəsində və formalaşmasında böyük rolu var. Eyni zamanda dinin düzgün təbliği cəmiyyətdə yarana biləcək hər hansı fikir ayrılığı, radikal fəaliyyət və ekstremizm kimi halların qarşısının alınmasında böyük töhfə verə bilər. Bu baxımdan Gənc Politoloqlar Mərkəzi olaraq bu cür maarifləndirici layihələrin gənclər arasında həyata keçirilməsini məqsədəuyğun hesab edirik. İnanırıq ki, layihənin icrası gənclərin ölkənin inkişafında müsbət rolunun güclənməsində faydalı olacaq”.
Tədbirdə o da bildirildi ki, layihənin icrası zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və komitənin regional nümayəndəlikləri, yerli icra hakimiyyətləri və onların gənclərlə iş üzrə şöbələri, müxtəlif gənclər təşkilatları ilə əməkdaşlıq ediləcək.
Millət vəkili Hikmət Babaoğlu isə gənclərə multikulturalizmin mahiyyəti haqqında danışdı: “Azərbaycanda multikulturalizm həyat tərzidir, cəmiyyətimizin sosial mədəni münasibətlər sisteminin daxili tələbatının aparıcı komponentlerinden biridir. Bu keyfiyyət multikulturalizmi cəmiyyətimizin birgəyaşayış ənənəsi kimi müəyyən edir. Multikultural dəyərlərin bu səviyyədə mövcud olması bir qədər də bizim tarixi keçmişimizlə əlaqədardır. Siyasi mədəni və siyasi etnik coğrafiya olaraq Azərbaycan həmişə çoxkomponentli və mozaik daxili mikrostruktura malik olub”.
“Azad Azərbaycan” qəzetinin redaktoru Asəf Abbasov multikulturalizm modelləri, gənclərə multikultural dəyər və ideyaların aşılanması mövzusunda çıxış etdi.
Konfransdan sonra regionlarda bu mövzuda maarifləndirmə seminarları keçiriləcək. Seminarlarda region gəncləri arasında düzgün maarifləndirmə tədbirlərinin təşkili, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları, dövlətimizin yeritdiyi daxili və xarici siyasət, Azərbaycanın tolerant, milli və dini sahədə nümunəvi bir dövlət olması, ictimai həyatın müxtəlif sahələrində, o cümlədən dini zəmində baş verən problemlərin və qarşıdurmaların yaranma səbəbləri müzakirə ediləcək. Eyni zamanda buna zəmin ola bilən zərərli informasiya təbliğatının qarşısının alınmasında dini təhsilin və maarifçiliyin xüsusi əhəmiyyəti qeyd ediləcək. Gənclərin bütün bu hallarla qarşılaşmaması üçün düzgün maarifləndirmə tədbirləri barədə təbliğati işlər aparılacaq.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info