Özbəkistan portalı Laçının işğalı ilə əlaqədar material dərc edib
Tarix: 19.05.2016 | Saat: 15:27:00 | E-mail | Çapa göndər


Azərbaycanın Özbəkistandakı səfirliyinin, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddəki “Ziyouz.uz” portalı Laçının işğalı ilə əlaqədar material verib.Məqalədə deyilir ki, bu il mayın 18-də Laçının Ermənistan tərəfdən işğalının 24 ili tamam olur. Bildirilir ki, Laçın rayonu işğal edilərkən orada 121 kənd, əhalinin sayı isə 63 min 341 nəfər olub. İşğal vaxtı 300-dən artıq hərbçi və dinc əhali qətlə yetirilib.Materialda deyilir ki, Laçın rayonunun ərazisi 1835 kvadratkilometr olub, oradakı tarixi və mədəniyyət abidələri məhv edilib.Yazıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verilir. Qeyd edilir ki, Ermənistan Dağlıq Qarabağdan əlavə daha yeddi rayonu işğal edib, bu da ərazilərimizin 20 faizinin düşmən tapdağında olması deməkdir.Məqalədə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad etməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin qəbul etdiyi haqqında da danışılır. Vurğulanır ki, bu qətnamələrin qəbul olunmasından illər ötsə də, Ermənistan bu sənədləri saya salmır.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info