Dəmir yolu xəttinin tikintisi üçün Astarada torpaqlar alınacaq
Tarix: 19.05.2016 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


Nazirlər Kabineti torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə qərar verib. 
Qərara əsasən, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının Astara rayonu ərazisindən keçən hissəsində İran İslam Respublikasının dövlət sərhədinə qədər dəmir yolu xəttinin tikintisi altına düşən 50,44 hektar, o cümlədən dövlət mülkiyyətində olan 0,61 hektar torpaq sahəsinin istifadə hüququnu, Astara, Ərçivan və Rudəkənar bələdiyyələrinin mülkiyyətində olan 8,53 hektar və xüsusi mülkiyyətdə olan 41,3 hektar torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) müəyyənləşdirilib. QSC-yə həmin torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tələblərinə uyğun olaraq, həyata keçirmək, bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etmək və dəmir yolu xəttinin tikintisinə dövlət ehtiyacları üçün alınması nəzərdə tutulan torpaq sahələrinin müəyyən olunmuş qaydada kateqoriyası dəyişdirildikdən sonra başlanılmasını təmin etmək tapşırılıb. 
Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək
18.01.2019
Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info