“WorldFood Azerbaijan 2016“ və “CaspianAgro 2016“ sərgiləri başladı
Tarix: 19.05.2016 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


Bakı Ekspo Mərkəzində XXII Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2016" və X Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "CaspianAgro 2016" sərgilərinin açılışı olub.
Açılışda çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov Azərbaycanda istehsal olunan ərzaq məhsullarını tanıtmaq baxımından sərgilərin əhəmiyyətini qeyd edib. Bildirib ki, sərgidə Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən şirkətlərin məhsulları və texnologiyaları nümayiş olunur. Bu sərgilər vasitəsilə şirkətlər arasında əlaqələr qurulur, xarici tərəfdaşlar seçilir və qeyri-neft sektorunun inkişafı üçün inamlı addımlar atılır. Sərgidə dünyanın 34 ölkəsindən 313 şirkət iştirak edir", - deyə nazir H.Əsədov vurğulayıb.
"İteca Caspian" şirkətinin icraçı direktoru Fərid Məmmədov son illər Azərbaycanda kənd təsərrüfatı sektorunda mühüm islahatların aparıldığını, bunun sərgilərdə də öz əksini tapdığını diqqətə çatdırıb. F.Məmmədov həmçinin bildirib ki, Bakı Ekspo Mərkəzində keçirilən builki sərgi şirkətlərin sayı baxımından ötən ilkindən 11 faiz çoxdur. O, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “WorldFood Azerbaijan” sərgisinə yaxından dəstək göstərdiyinə görə, nazir Heydər Əsədova minnətdarlığını ifadə edib.
Sərginin ümumi ekspozisiyasında balıq, mal, qoyun və quş əti, çay və qəhvə, süd məhsulları, dondurulmuş qidalar, quru meyvələr, baqqaliyyə, qənnadı və un məmulatları, meyvə-tərəvəz məhsulları, konservlər, soyuducu sistemlər, çörəkxanalar üçün avadanlıqlar, qablaşdırma avadanlıqları və digər məhsullar təqdim olunur.
Artıq bir neçə ildir keçirilən “WorldFood Azerbaijan” sərgisi ilə eyni vaxtda Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya” “Ipack Caspian 2016” sərgisi “qablaşdırma” sektorunu təqdim edir. Bu il Azərbaycan, Belarus, BƏƏ, Türkiyə, Almaniya, Hindistan, İspaniya, İtaliya, Rusiya, Qazaxıstan və digər ölkələrin şirkətləri qablaşdırmanın istehsalı üçün lazımı dəzgah və avadanlıqları, habelə qablaşdırma materialları və hazır məhsulları, eləcə də etiketləmə məhsullarını təqdim edirlər. Onların arasında respublikamızın qida sənayesi üzrə aparıcı şirkətlərindən "Azərsun Holdinq", "Atena", "Gilan Holdinq", "Metak" da yer alıb. Ziyarətçilər Azərbaycanın "Amoris", “Buta Group" və "Modern Group" şirkətlərinin istehsalı olan süd və şirniyyat məhsulları, içkilər, soyuducu sistemlərlə də yaxından tanış olurlar.
Sərgidə eləcə də qablaşdırma istehsalı üçün qablaşdırma maşınları və avadanlıqları, məhsulların qablaşdırılması üçün texnoloji xətlər, qablaşdırma məmulatlarının istehsalı və layihə tərtibatı (dizaynı) üzrə maşın və avadanlıqlar, qablaşdırma və tara istehsalı üçün xammal və yarımfabrikatlar, qablaşdırma materialları və hazır məmulatlar, xidmət avadanlığı, komplektləşdirici hissələr və avtomatlaşdırma vasitələri və s. nümayiş olunur.
Sərgi çərçivəsində ilk dəfə olaraq qida məhsulları təchizatçılarının ticarət şəbəkələri və distribyutorlarla ikitərəfli görüşləri həyata keçiriləcək. Bu cür ikitərəfli görüşlər, istehsal şirkətlərinin rəhbərləri və pərakəndə satış nümayəndələri arasında şəxsi işgüzar əlaqələrin qurulmasına və ikitərəfli müqavilələrin imzalanmasına mühüm imkanlar yaradacaq.
“WorldFood Azerbaijan" və "CaspianAgro" sərgiləri mayın 21-dək davam edəcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info